Bakugan | |
![]() Yapon anime serialı olan Bakuqan Döyüşçüləri personajlarının göründüyü 13-cü cildin DVD qapağı. (yuxarı sol tərəfdən aşağı sağ tərəfə): Şun, Alisa, Culiya, Runo, Dan və Maruço | |
爆丸 バトルブローラーズ (Bakugan Batoru Burōrāzu) | |
---|---|
Janr |
Macəra[1] Fentezi[2] |
Anime | |
Rejissor | Mitsuo Haşimoto |
Prodüsser | Coysi Miller Cunci Aoki |
Ssenarist | Atsuşi Maikava |
Bəstəkar | Takayuki Neqişi Nil Perfitt |
Studiya | TMS Entertainment Nelvana Animation |
Lisenziya | |
Kanal | TV Tokyo (Yaponiya) Teletoon (Kanada) |
Digər kanallar | |
Vaxt | 7 aprel 2007 – 27 mart 2008 |
Seriyalar | 52 |
Anime | |
Yeni Vestroya | |
Rejissor | Mitsuo Haşimoto |
Prodüsser | Coysi Miller Satoşi Kojima Vataru Satou |
Ssenarist | Atsuşi Maekava |
Bəstəkar | Takayuki Neqişi Nil Perfitt |
Studiya | TMS Entertainment Nelvana Animation |
Lisenziya | |
Kanal | TV Tokyo |
Digər kanallar | |
Vaxt | 12 aprel 2009 – 2 may 2010 |
Seriyalar | 52 |
Anime | |
Qundaliyalı işğalçılar | |
Rejissor | Mitsuo Haşimoto |
Prodüsser | Coysi Miller Satoşi Kojima Vataru Satou |
Ssenarist | Atsuşi Maekava |
Bəstəkar | Takayuki Neqişi Nil Perfitt |
Studiya | TMS Entertainment Nelvana Animation |
Lisenziya | |
Kanal | TV Tokyo |
Digər kanallar | |
Vaxt | 23 may 2010 – 29 yanvar 2011 |
Seriyalar | 39 |
Anime | |
Mexanan dalğası | |
Rejissor | Mitsuo Haşimoto |
Prodüsser | Coysi Miller |
Ssenarist | Eron Bernitt |
Bəstəkar | Nil Perfitt |
Studiya | TMS Entertainment Nelvana Animation |
Lisenziya | |
Digər kanallar | |
Vaxt | 13 fevral 2011 – 26 yanvar 2012 |
Seriyalar | 46 |
Bakuqan Döyüşçüləri (爆丸 バトルブローラーズ, Bakugan Batoru Burōrāzu?, ing. Bakugan Battle Brawlers) — Mitsuo Haşimotonun rəhbərliyi altında TMS Entertainment, Dentsu Inc. və Nelvana Limited tərəfindən istehsal olunan macəra janrında Yapon-Kanada anime serialı.[3] Hekayə Bakuqan adlanan canlılar və onlara sahib olan "Döyüşçülər"in həyatı haqqındadır. Bakuqan franşizasının özü Sega Toys və Spin Master arasında ortaq bir müəssisədir.[4]
Orijinal yayımının Yaponiyadakı TV Tokyo telekanalında olmasına baxmayaraq, serial 2 mövsümü (Yeni vestroya and Qundaliyalı işğalçılar) izlədi və premyerası Yaponiyadan əvvəl ABŞ və Kanadada nümayiş olundu. Dördüncü və final mövsümü olan Mexanan dalğası (ing. Mechtanium Surge), heç vaxt Yaponiyada yayımlanmadı, ancaq bunun əvəzində Şimali Amerika marketlərində nümayiş olundu, amma yapon eksklüziv manqa seriyası Baku Tech! Bakugan 15 avqust 2010-cu ildən 15 yanvar 2014-cü ilədək fəaliyyət göstərdi. Bu seriya Baku Tech! Bakugan Gachi adlı ikinci mövsümü izləyən və 7 aprel 2012-ci ildən 30 mart 2013-cü ilə qədər yayımlanan anime adaptasiyasını qəbul etdi.[5]
2015-ci ildə, Spin Master Bakuqan serialının yenidən yayımlanacağını açıqladı. Yenidən yayımın 30 noyabr 2017-ci ildən 2019-cu ilin birinci rübündəki Bakugan: Battle Planet[6] serialının premyerasına qədər baş tutacağı elan olundu. Yeni serial 23 dekabr 2018-ci ildə ABŞdakı Cartoon Network telekanalında yayımlandı. Kanadadakı yayımı isə 31 dekabr 2018-ci ildə Teletoon kanalında baş tutdu.[7][8]