Balaban

Balaban
Hornbostel–Zaks təsnifatı 422.121-62
Əlaqəli alətlər
Mənşə ölkəsi Azərbaycan Azərbaycan
İfaçılar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BalabanAzərbaycanın qədim xalq musiqi alətidir[2][3][4][5][6][7][8]. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur.

2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.[9]

  1. "AZƏRBAYCANDA BALABAN SƏNƏTİNİ ÖYRƏNƏN AMERİKALININ İNDİ 80 TƏLƏBƏSİ VAR". 2015-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-20.
  2. "Толковый словарь русского языка Кузнецова. 1 е изд е: СПб.: Норинт. С. А. Кузнецов". 2012-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-24.
  3. "Музыкальная энциклопедия. Азербайджанская музыка. Под ред. Ю. В. Келдыш. Т 1. А — М.: Советская энциклопедия, 1973". 2015-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-21.
  4. Məcnun Kərimov. Azərbaycan ənənəvi musiqi atlası - Balaman Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
  5. "Известия. Ру: «Имеющий уши да услышит…»". 2008-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-16.
  6. Сергей Александрович Токарев. Основы этнографии: Учеб. пособие для ист. специальностей вузов.. — Высшая школа, 1968. — С. 311. — 359 с.
  7. Encyclopaedia Iranica. Balaban. Arxivləşdirilib 2011-08-05 at the Wayback Machine: «BĀLĀBĀN, a cylindrical-bore, double-reed wind instrument about 35 cm long with seven finger holes and one thumb hole, played in eastern Azerbaijan in Iran and Soviet Azerbaijan (where it is also called düdük).»
  8. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Balaman Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine
  9. Xalq qəzeti. ""Balaban sənətkarlığı və ifaçılıq sənəti" UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib" (az.). Xalq qəzeti. 06.12.2023. 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-10.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne