Barbi | |
---|---|
ing. Barbie | |
![]() | |
Janr | romantik komediya, macəra filmi[4], komediya filmi[4], fentezi filmi[d], musiqili film, romantik film |
Rejissor | Qreta Qerviq |
Prodüserlər |
|
Əsərin müəllifi | Mattel tərəfindən təqdim edilmiş Barbi oyuncağına əsaslanır |
Ssenari müəllifləri |
Qreta Qerviq Noa Baumbax |
Baş rollarda |
|
Operator |
|
Bəstəkarlar | |
Montajçı | Nik Hui[d] |
İstehsalçılar |
Heyday Films LuckyChap Entertainment NB/GG Pictures Mattel Films |
Distribütor | Warner Bros. Pictures |
İlk baxış tarixi |
9 iyul 2023 (Shrine Auditorium) 21 iyul 2023 (ABŞ) |
Müddət | 114 dəq. |
Büdcə | $128–145 milyon[1][2] |
Gəlir | $1.419 milyard[3] |
Ölkələr | |
Dil | ingilis dili[4] |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID1517268 |
![]() |
Barbi (ing. Barbie) — Qreta Qerviq tərəfindən Noa Baumbaxla birlikdə yazdığı ssenari əsasında 2023-cü ildə çəkilmiş ABŞ fentezi-komediya filmi.[5] Mattel tərəfindən istehsal olunmuş Barbi kuklası əsasında çəkilmiş ilk filmdir. Film Barbinin həyatını sorğulaması və real dünyaya səfər etməsi haqqındadır.
Barbi filmi ilk dəfə 2009-cu ilin sentyabrında "Universal Pictures" tərəfindən elan edildi. "Sony Pictures" 2014-cü ilin aprelində film hüquqlarını satın aldı və filmin çəkilməyi planlaşdırılmağa başladı. Film ssenaristlər, rejissorlar və aktyor heyətində bir sıra dəyişikliklərə məruz qaldı, əvvəlcə Barbi rolunu Emi Şumer və ya Enn Heteuey ifa edəcəkdi lakin bu baş vermədi, filmin hüquqları daha sonra 2018-ci ilin oktyabrında "Warner Bros. Pictures"-a təhvil verildi. Qal Qadot həmin il roldan imtina etdikdən sonra Barbi 2019-cu ildə Marqo Robbinin üzərinə düşdü. Qerviq və Baumbax 2020-ci ildə rejissor və filmin yazarları kimi seçildilər. Aktyorların qalan hissəsi 2022-ci ilin əvvəlində məlum oldu. Filmin çəkilişləri İngiltərədəki "Warner Bros." studiyalarında və ABŞ-nin Los-Anceles şəhərindəki Venice Beach-da aparıldı.
Barbinin premyerası 9 iyul 2023-cü ildə Los-Ancelesdəki Shrine Auditorium-da baş tutdu. Film ilk dəfə iyulun 21-də ABŞ-də kinoteatrlarda nümayiş olundu. Film Universal-ın "Oppenheymer" filmi ilə birlikdə "Barbenheymer" internet fenomenini yaratdı. Film tənqidçilər tərəfindən yüksək qiymətləndirildi və qlobal miqyasda 1,28 milyard dollar qazanaraq 2023-cü ilin ikinci ən çox gəlir gətirən filmi oldu. Film eyni zamanda qadın rejissorluğu ilə ən çox gəlir gətirən film və bütün zamanların ən çox gəlir gətirən 21-ci filmidir.