Barclays (Barkleys) — Birləşmiş Krallıqda və dünyanın ən böyük maliyyə konqlomeratlarından biri.[2][3][4]Avropa, ABŞ və Asiyada geniş fəaliyyət göstərir. Konqlomeratın əməliyyatları aktivlərinə görə (HSBC-dən sonra) Birləşmiş Krallıqda[5] ikinci ən böyük bank olan törəmə "Barclays Bank PLC" vasitəsilə həyata keçirilir. 2011-ci ildən bəri qlobal sistem baxımından əhəmiyyətli banklar arasında yer alır.[6]