Barselona metropoliteni | |
---|---|
![]() | |
| |
Təsvir | |
Ölkə | |
Yerləşməsi | Barselona |
Marşrut şəbəkəsi | |
Şəbəkənin uzunluğu |
|
![]() |
Barselona metropoliteni (isp. Metro de Barcelona) — Kataloniyanın mərkəzi Barselonada şəhərin və şəhər ətrafının sürətli ictimai nəqliyyatının əsasını təşkil edən metropoliten.
1924-cü ildə fəaliyyətə başlayan metro hal-hazırda ümumi uzunluğu 146 km olan 12 xətt üzrə 180 stansiyanı birləşdirir[1]. Barselona metropoliteni 2 operator üzrə xidmət göstərir: TMB (kat. Transports Metropolitans de Barcelona)[2] və FGC (kat. Ferrocarrils de la Generalitat de Catalunya — Kataloniyanın dövlət dəmiryolları)[3] dəmiryolu şirkəti. Gediş haqqı 2,15 yevrodur (birdəfəlik bilet - komposterləndikdən sonra 1 saat 15 dəqiqə müddətində şəhərin bütün növ nəqliyyatında - avtobus, tramvay, funikluyor və d. istifadə edilə bilər. Bir neçə gediş üçün biletlərin alınmasında güzəştlər mövcuddur). 3 yaşından yuxarı uşaqlar üçün də böyüklər kimi biletə pul ödənilməlidir. Uşaq tarifləri mövcud deyil.