Battlefield 4

Battlefield 4
Loqonun şəkli
"Battlefield 4" videooyununun rəsmi afişası
"Battlefield 4" videooyununun rəsmi afişası
Hazırlayan DICE
DICE LA
Visceral Games
BioWare[1]
Yayımlayan Electronic Arts
Seriya "Battlefield"
Anons tarixi 25 mart 2013
Buraxılış tarixi
29 oktyabr 2013
  • Microsoft Windows, PlayStation 3, Xbox 360:
    Şimali Amerika 29 oktyabr 2013
    Avstraliya 31 oktyabr 2013
    Yeni Zelandiya 1 noyabr 2013
    Avropa 1 noyabr 2013 PlayStation 4:
    Şimali Amerika 15 noyabr 2013
    Avropa 29 noyabr 2013 Xbox One:
    Ümumdünya 22 noyabr 2013
Janrlar Birinci şəxs atıcı
Yaş reytinqləri ESRB: MMature
PEGI: 16
ACB: MA15+
Dizaynerlər Tomas Anderson
Vidar Niqren
Mikael Kasurinen
Erik Ortman
Ssenaristlər Yesse Stern
Mikael Sayker
Adriyan Verşinin
Rəssamlar Qustav Tillebi
Stefan Vukanoviç
Hakan Petersson
Bəstəkarlar Yohan Skuqqe
Yukka Rintamyaki
Texniki məlumat
Platformalar Microsoft Windows
PlayStation 3
PlayStation 4
Xbox 360
Xbox One
Mühərriklər Frostbite 3
Oyun rejimləri Birnəfərli oyun
Çoxnəfərli oyun
İnterfeysin dili ingilis dili[2], fransız dili[2], italyan dili[2], alman dili[2], ispan dili[2], çex dili[2], koreya dili[2], polyak dili[2], braziliya portuqal dili[2], rus dili[2], ənənəvi Çin dili[d][2], yapon dili[2]
Daşıyıcılar DVD (PC üçün), Blu-Ray (PS3, PS4, Xbox 360Xbox One üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live)
Sistem tələbləri
İdarəetmə Klaviaturasiçan
qeympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Battlefield 4 (həmçinin BF4; azərb. Döyüş-meydanı 4‎) — "EA DICE" tərəfindən hazırlanan, "Electronic Arts" tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Battlefield" oyun seriyasındakı 6-cı əsas epizoddur (ümumilikdə 13) və 2011-ci ildə satışa çıxarılan "Battlefield 3" videooyununun davamıdır. Oyun 2013-cü ilin 29 oktyabrında Microsoft Windows, PlayStation 3Xbox 360 platformaları, 12 noyabrında PlayStation 4 platforması, 19 noyabrında isə Xbox One platforması üçün satışa çıxarılmışdır.

Oyunun əsas süjet xətti sələfindən 6 il sonra, 2020-ci ildə cərəyan edir. 2014-cü il müharibəsinin bitməsinə baxmayaraq, ABŞRusiya arasındakı gərginlik hələ də çox yüksək idi. Eyni zamanda, Admiral Çan Vey Çin hökumətini ABŞ-ni Cin Cenin qətlini təşkil etməklə təqsirləndirərək və ABŞ-nin regiondakı təsirini azaldaraq devirmək istəyir. Admiralın müvəffəqiyyəti Rusiya və Çinin müttəfiq olub ABŞ-yə müharibə elan etməsi ilə nəticələnə bilər. Oyunun baş qəhrəmanı Serjant Daniel Reker ABŞ Xüsusi Təyinatlı Qüvvələrinə bağlı "Tombstone" (azərb. Qəbirdaşı‎) dəstəsinin bir üzvüdür.

"Battlefield 4" tənqidçilərdən müsbət rəylər almışdır. Oyun çoxnəfərli rejimi, geympleyi və qrafikalarına görə təriflənmiş, ancaq qısa və dəyərsiz birnəfərli rejimi və çoxsaylı texniki problemlərinə görə tənqidlənmişdir. Bu texniki problemlər sonrakı illərdə həll edilmişdir. Oyun 7 milyondan çox nüsxə satdığına görə kommersial bir uğur hesab edilir.[4]

  1. "Battlefield 4". Battlefield.com. Electronic Arts. 29 oktyabr 2013. 2 noyabr 2013 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Steam. 2003.
  3. 1 2 "Battlefield 4 — PC — Official Site" (ingilis). Electronic Arts. 6 avqust 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2013.
  4. "Battlefield 4 sells 7+ million, only 2% are still playing" (ingilis). 2017-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne