Beatris Vebb | |
---|---|
![]() | |
Doğum tarixi | 22 yanvar 1858[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 1943[3][1][…] (85 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | iqtisadçı, sosioloq, siyasətçi, tarixçi, social reformer[d], sufrajist, yazıçı |
Partiyası | |
![]() |
Beatris Vebb (ing. Martha Beatrice Webb, Baroness Passfield; 22 yanvar 1858[1][2][…], Qlosterşir[d][4] – 30 aprel 1943[3][1][…]) — britaniyalı ictimai xadim, sosioloq, feminist, iqtisadçı, sosial islahatçı və sosialist. İşsizlik və qadınların vəziyyəti ilə bağlı bir sıra hökumət komissiyalarının üzvü olmuşdur.[5][6] O, həmçinin "kollektiv əmək mübahisəsi" (ing. collective bargaining) terminini işəgötürən və həmkarlar ittifaqları arasındakı danışıqları təsvir etmək üçün elmə daxil etmişdir. Beatris Vebb Sidney Ceyms Vebbin həyat yoldaşı və onun kitablarının həmmüəllifi idi. Onlar birlikdə Fabiançı Cəmiyyətinin əsas simalarından olmuşlar (Beatris 1939–1941-ci illərdə cəmiyyətə rəhbərlik etmişdir) və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) təsis edilməsində iştirak etmişlər.[7]
Beatris Vebb bir sıra populyar kitabların müəllifi olmuşdur. Onun ən məşhur əsərləri arasında "Böyük Britaniyada Kooperativ Hərəkatı" və "Sənaye Demokratiyası" yer alır. Feminist və sosial islahatçı kimi, Vebb qadınların müxtəlif peşələrdən kənarlaşdırılmasını tənqid etmiş və qadın işçilərin həmkarlar ittifaqlarına qoşulması üçün kampaniya aparmışdır.[8] O, iş saatlarının azaldılması və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı qanunvericiliyin qəbul edilməsinə çalışmışdır.
1891: The term 'collective bargaining' is first used by Mrs. Sidney Webb, a British labor historian.