Befana

Befana təsvir olunan taxta kukla.

İtaliya folklorunda və xalq adətlərində Befana İtaliya boyu Epifaniya Gecəsində (yanvarın 5-dən 6-na keçən gecə) uşaqlara hədiyyələr gətirən cadugərabənzər yaşlı qadındır. [1]O, Santa Klaus və ya Üç müqəddəs kral (Üç Müdriklər) kimi hərəkət edir.[2]Befana İtaliyanın müxtəlif yerlərində geniş yayılmış bir ənənədir və buna görə də bir çox adlarla tanınır. Befana, həm populyar milli mədəniyyətin, həm də ənənəvi xalq mədəniyyətinin bir hissəsidir. Befana, On İki Günlük Bayram dövründə dolaşaraq yaxşıları mükafatlandıran, pisləri cəzalandıran və insanlar tərəfindən ona təqdim olunan qurbanları qəbul edən digər fiqurlara bənzəyir.[3][4]

Befana müəmmalı və ziddiyyətli bir obrazdır və onun mənşəyi qeyri-müəyyəndir. [5]Onu daha da sirli edən məqam odur ki, alimlər tərəfindən kifayət qədər öyrənilməyib, lakin onu araşdıranlar arasında müxtəlif fərziyyələr irəli sürülüb. Onun mənşəyinin xristianlıqdan əvvəlki inanclara, xristian dininə və ya hər ikisinin sintezindən qaynaqlandığı ehtimal olunur. İtaliyanın bəzi bölgələrində, xüsusən də mərkəzi hissələrində, Epifaniya axşamı mumminq (maskarad oyunları və ya xalq teatrı) adəti keçirilir. Befananın kuklaları hazırlanır, onun heykəlcikləri yandırılır və tez-tez tonqallar qalayır. Befana yaxşı uşaqlara adətən şirniyyatlar, konfetlər və ya oyuncaqlar gətirir, pis uşaqlara isə kömür qoyur.[6]

O, adətən süpürgədə uçan, üzərinə qara şal atmış, bacadan keçdiyi üçün üzünü his basmış bir qoca cadugər kimi təsvir olunur. Befana, tez-tez gülümsəyir və şirniyyat, hədiyyə və ya hər ikisinin olduğu bir kisə və ya zənbil daşıyır. O, yalnız sevilmir, eyni zamanda uşaqlar tərəfindən qorxulur və istehza obyektinə çevrilir.[7]

  1. Biondi, Angelo (1981). "La Befana nel soranese e nel pitiglianese". In Roberto Ferretti (ed.). La tradizione della Befana nella Maremma di Grosseto. Grosseto: Comune di Grosseto, Archivio delle tradizioni popolari della Maremma grossetana. pp. 65–102. (in Italian)
  2. Illes, Judika. Encyclopedia of Spirits: The Ultimate Guide to the Magic of Fairies, Genies, Demons, Ghosts, Gods & Goddesses (2009) p. 269. ISBN 978-0-06-135024-5
  3. "Viva La Befana". Transparent Language 6 Jan, 2009. 12 Dec, 2009. <http://www.transparent.com/italian/tag/la-befana/>.
  4. Cacopardo, Augusto S. (2016). Pagan Christmas: Winter Feasts of the Kalasha of the Hindu Kush. Gingko.
  5. "LA VERA STORIA." La Befana n.d. 13 Dec, 2009. <http://www.la-befana.it/>.
  6. Cattabiani, Alfredo (2008) [1988]. Calendario. Le feste, i miti, le leggende e i riti dell'anno. Milan, Italy: Mondadori. ISBN 88-04-58419-X; ISBN 978-88-04-58419-3 . (in Italian)

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne