Belarus parlamenti | |
---|---|
Нацыянальны сход Рэспублікі Беларусь | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 11 noyabr 1996 |
![]() |
Belarus Respublikasının Milli Məclisi (belar. Нацыянальны сход Рэспублікi Беларусь) — Belarus Respublikasının ən yüksək nümayəndəli qanunverici orqanı.
İki palatadan — Nümayəndələr Palatasından (aşağı palata) və Respublika Şurasından (yuxarı palata) ibarətdir.
Nümayəndələr Palatasının tərkibi 110 deputatdan ibarətdir. Deputatların seçilməsi ümumi, azad, bərabər, birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə həyata keçirilir. Nümayəndələr Palatası bütövlükdə majoritar sistem üzrə formalaşır (onun namizədliyini irəli sürdüyü seçki dairəsində səslərin çoxunu alan namizəd seçilmiş sayılır).
Respublika Şurası ərazi nümayəndəliyi palatasıdır. Yerli şuraların deputatlarının iclaslarında hər bir rayondan və Minsk şəhərindən Respublika Şurasının səkkiz üzvü seçilir. Onlardan əlavə, Respublika Şurasının səkkiz üzvü Belarus Prezidenti tərəfindən təyin edilir. Beləliklə, Respublika Şurası 64 üzvdən ibarət regional nümayəndəlik orqanıdır.