Belarus gerbi | |
---|---|
Дзяржаўны герб Рэспублікі Беларусь[1] | |
Detallar | |
Armiger | Belarus Respublikası |
Təsis edilib | 7 iyun 1995 |
Təsdiq edilib | 7 iyun 1995 (2012-ci ildə gerbə kiçik dəyişikliklər əlavə edilmişdir) |
Zirvə | Qırmızı ulduz |
Gerbin lövhəsi | Qırmızı və yaşıl xəttlər |
Tərəfkeş | Avrasiyanı göstərən qlobus, yüksələn günəş |
Şüar | Рэспубліка Беларусь (translit. Respublika Belarus – Belarus Respublikası) |
Vikianbarda əlaqəli mediafayllar |
Belarus Respublikasının Dövlət Gerbi (belar. Дзяржаўны герб Рэспублікі Беларусь, translit. Dziyarjavnı gerb Respubliki Byelarus; rus. Государственный герб Республики Беларусь, translit. Qosudarstvennıy gerb Respubliki Belarus) — Belarus Respublikasının dövlət gerbi. Gerb bayraq və himn ilə yanaşı, Belarus dövlətinin dövlət rəmzidir. Gerb 1995-ci ildə keçirilmiş referendum nəticəsində ictimaiyyət tərəfindən 1991–1995-ci illərdə istifadə edilən Poqonyanın əvəzinə seçilmişdir. Belarusun dövlət rəmzlərindən biri olan gerbin mərkəzində Şimali Avrasiya ərazisini nümayiş edən dünya xəritəsindən doğan bir günəş və günəş şüaları ilə əhatə olunmuş yaşıl rəngli Belarus xəritəsindən var. Gerbin sağ və sol tərəflərində Belarus bayrağının rəngləri olan qırmızı və yaşıl rəngli lentlərlə sarılmış buğda sapı fiqurları mövcuddur. Sol buğda saplarında yonca, sağ buğda saplarında isə zəyrək təsvir olunmuşdur. Gerbin zirvəsində qırmızı ulduz mövcuddur. Gerbin aşağı hissəsində Belarus dilində "Рэспубліка Беларусь" (translit. Respublika Belarus – Belarus Respublikası) sözləri yazılmışdır.
Gerb Belorusiya Sovet Sosialist Respublikası tərəfindən istifadə edilən gerblərin oxşarıdır. Burada keçmiş gerblər arasında ən diqqətə çarpan fərq gerbin mərkəzində yerləşən oraq və çəkic fiqurunun yerinə Belarus xəritəsinin olmasıdır. Gerb 2012-ci ildə bəzi dəyişikliklərə məruz qalmışdır.[2][3]