1995 Belarus referendumu və ya dörd-suallı referendum — 14 may 1995 tarixində Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko tərəfindən keçirilən ölkənin ilk referendumu. Referendumda dörd sual soruşuldu.[1][2] Birinci sual Belarus və rus dilinin bərabər şəkildə istifadəsi, ikinci sual Rusiya Federasiyası ilə iqtisadi inteqrasiya, üçüncü sual Belarus dövlət bayrağının və dövlət gerbinin dəyişməsi, dördüncü sual isə, Ali Sovetin səlahiyyətlərinin Dövlət Prezidenti tərəfindən sonlandırılması idi. Referendumunda müvafiq olaraq 87%, 79%, 87% və 82% lehinə səs verilmişdir.
Mübahisəli referenduma faşist işğalı zamanı istifadə olunan bayraqlar və gerblər müzakirə mövzusu olmuşdur.[3]