Bella Svon | |
---|---|
ing. Bella Swan Alatoran obrazı | |
Yaradan | Stefani Meyer |
Canlandıran | Kristen Stüart |
Məlumat | |
Cinsi | qadın |
Peşə | tələbə |
Həyat yoldaşı | Edvard Kallen |
Milliyyəti | amerikalı |
İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan “Alatoran”, “Yeni ay”, “Tutulma” və “Sübh” romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. Romanlar əsasında çəkilmiş “Alatoran” film seriyasında Bella obrazı aktrisa Kristen Stüart tərəfindən canlandırılmışdır.
“Alatoran”da Forks, Vaşinqtona, atasının yanına köçən Bella, sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə, ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əlehinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay” da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan, və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. “Tutulma” romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər. Bal aylarında Bella Edvarddan hamilə qalır, lakin uşağı dünyaya gətirərkən Bella ölür. Edvard və Bellanın qızı Renesme Kallen dünyaya gəlir. Edvard Bellanın həyatını qorumaq üçün onu vampirə çevirir.