Beretta 92FS (M9) | |
---|---|
Tipi | özüdolan tapança |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1980 |
İstismar edənlər |
İtaliya Hərbi Qüvvələri; |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1975 |
İstehsalçı | Beretta |
Xüsusiyyətləri | |
Ağırlığı | 0,950 |
Uzunluğu | 217 |
Lülənin uzunluğu | 125 |
Eni | 38 |
Hündürlüyü | 137 |
Kalibr | 9 |
Vikianbarda əlaqəli mediafayllar |
Beretta 92 (it. Beretta 92, həmçinin Beretta 96 və Beretta 98) — Beretta şirkətinin ən istedadlı mühəndisləri Karlo Beretta, Cuzeppe Mazetti və Vittorio Valle tərəfindən 1972-ci ildə istehsal edilmişdir. Özüdolan 9 mm kalibrli Beretta 92F tapançası 1985-ci ildə müsabiqəyə əsasən ABŞ ordusuna 0.45 kalibrli Kolt M1911i əvəz edərək M9 adıyla istifadəyə verilmişdir. Müqaviləyə əsasən M9 İtaliya (Beretta) və həmçinin ABŞda (Beretta USA Corp., Akkokike, Merilend ştatı) istehsal edilir. 1985-1995ci ilədək ABŞ bütün ordusu üçün 1 020 257 ədəd M9 almışdır (1 tapançanın qiyməti 178,50 ABŞ Dolları).
Beretta 92FS (Beretta 92F modelindən tətiyin yanında disk ilə fərqlənir) dünyada ən çox yayılmış və tanınan modellərdən biridir. O bir çox ölkələrin ordusu, polisi, xüsusi orqanları və özünümüdafiə silahı kimi istifadə edilir. Hər il 92 modeli İtaliyada və digər ölkələrdə 100 000 artıq istehsal edilir.