Bernat Desklot | |
---|---|
kat. Bernat Desclot | |
![]() Bernatın 1937-ci ildə sökülmüş heykəlinin 1910-cu ildə çəkilmiş rəsmi. Heykəl 1888-ci ildə tikilmişdi. | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 1280[1] |
Milliyyəti | katalan |
Fəaliyyəti | xronikaçı |
İstiqamət | tarix |
![]() |
Bernat Desklot (kat. Bernat Desclot; 1240[1][2], güm. Kastelnu[d][2] – 1280[1]) — katalan tarixçi, xronikaçı. Onun Araqonlu III Pedronun hakimiyyəti (1276–1285) haqqında yazdığı əsər 4 "Möhtəşəm katalan xronikası"ndan biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür.[3] Əsər həmçinin Araqon səlib yürüşü haqqında da məlumat verir. Desklotun "Xronikalar"ında hadisələr XI əsrdə başlayır, amma ən maraqlı hissəsi onun yaşadığı dövrü təsvir etdiyi hissədir. Onun ədəbi modeli romans idi. Əsərində mərkəzi personajların drammatik monoloqlarına və təsirli epizodlara yer vermişdi. Məsələn, Pedronun qardaşı Malyorkalı II Xamesin kanalizasiya borusu vasitəsilə Perpinyan şəhərindəki qaladan qaçması kimi.
Əsərini F.L.Kritçlov ingilis dilinə tərcümə etmişdir.