Bernulli qanunu — boruda axan qazın (və ya mayenin) təzyiqi onun axın sürəti kiçik olan kəsiklərdə böyük, axın sürəti böyük olan kəsiklərdə isə kiçik olur.
Burada
İdeal mayenin elementar axını üçün basqı, başqa sözlə, pyezometrik, sürət və həndəsi basqıların cəmi axının bütün kəsikləri üçün sabit bir kəmiyyətdir. Yuxarıdakı tənlik ilə aydınlaşdırılan teoremə Bernulli teoremi deyilir. Əgər qüvvə və uzunluq vahidi uyğun olaraq kiloqram və metrlər ilə ifadə edilmişsə, onda tənliyin hər bir toplananı uyğun olaraq 1 kq mayenin enerjisini göstərir.[1]