Berqamot (lat. Citrus bergamia), sitrus bitkiləri (Rutaceae) ortalama 4 m boyunda bir ağac növü. Əsas vətəni Qərbi Hindistandır. Yarpaqları uzun və tünd yaşıldır. Çiçəkləri ağ rəngli və kiçik olub, meyvələri kürə və ya armud formasında, 5–7 sm diametrində ətli qisimi turş ləzzətli, qabıq qismi limon sarısı rənglidir. Meyvə qabıqlarından sıxma üsulu ilə Berqamot qoxusu əldə edilməkdədir. Yaşıl sarı rəngli, xoş qoxulu və acı ləzzətli bir mayedir. Ətriyyat sənayesində istifadə edilməkdədir. Öz suyundan kalsium sitrat və sitrik turşu əldə edilir. Qoxu verməsi üçün bəzən çaylara da qarışdırılır. Çay sektorunda istifadə edilən dadına Earl Grey dadı adı da verilir. Ayrıca cemi də edilər.
Berqamot ağacı, boyu, böyüklüyü, yarpaqlarının şəkli, çiçəklərinin rəngi ilə digər sitrus bitkilərinə və xüsusilə limona bənzər. Berqamot ağacı kimilərinə görə turunc ilə limonun, kimilərinə görə turunc ilə acı limonun mələzidir. Aprel -may aylarında gözəl qoxulu çiçək açar. Berqamot meyvəsi, armud formasında, yeşilimsi sarı rəngli özünə xas gözəl bir qoxusu olan qabığa malikdir. Meyvəsi sarı rəngli olub turşdur, hər bir meyvədə uçuq sarı rəngdəki beş altı nüvə tapılar. Xarici qabığı, iç qabığı və ətli qisimi limona bənzər; daha ağrıdır, lakin daha xoş və dəyişik bir qoxuya malikdir.
Sitrus bitkilərinin hamısının ana vətənin Çin torpaqları olduğu yazılar. M. S. 1000 illərində bu ağaclar Çindən Şərq dünyasına tanıdılmış, oradan da tacirlər tərəfindən Aralıq dənizi bölgəsinə gətirilmişdir. Turunc növlərindən biri olan berqamot ağacı da bu yolla Şərq ölkələrinə daşınmış, orada yetişdirilmiş, istifadə edilmişdi. Avropaya təqdimatı da aşağıda izah ediləcəyi kimi Berqamadan oldu. 16. əsrdən etibarən Avropada tanınan berqamot 18. əsrdən etibarən xüsusilə Cənub İtaliyada yetişdirildi və bu gün hələ bu ölkənin cənubundakı Calabria Əyaləti (İtaliyanın cənubunda çəkmənin ən alt qisiminə verilən ad) berqamot istehsalının ən əhəmiyyətli mərkəzidir.