Berqman | |
---|---|
Sonderverband Bergmann | |
![]() "Sonderverband"nın emblemi | |
Növü | Tabor |
Ölkə |
![]() |
Tabedir |
Vermaxt![]() |
Sayı | 1.200 |
Müharibələr | İkinci dünya müharibəsi |
Döyüşlər | |
![]() |
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor.
Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşçü, könüllü olaraq tabora qoşulmuşdur.
Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır. Bau-Lehr zabitləri Bergamann əsgərlərinin təlim işləri ilə məşğul olurdular. Bergamm 1942-ci ildə Qafqaz istiqamətində aparılan döyüşlərdə iştirak etmək üçün Qafqaza getmişdir. Bergamm 5 bölükdən təşkil edilmişdir. Hər bölükdə iki xalqın nümayəndələri iştirak edirdi. Birinci bölükdə: gürcülər və almanlar, ikinci bölükdə: Şimali Qafqaz xalqları, üçüncü bölükdə: azərbaycanlılar və almanlar, dördüncü bölükdə: gürcülər və ermənilər son olaraq beşinci bölük isə Qərargah bölüyü olaraq dağıstanlılardan ibarət idi. Ümumi olaraq taborda olan 1200 əsgərin 900-ü qafqazlı, 300-ü isə alman olmuşdur.