Beyrut | |
---|---|
ing. High Wire Act | |
Janr | triller filmi[2], döyüş filmi[2], dram filmi, müharibə filmi |
Rejissor | Bred Anderson |
Prodüserlər |
|
Ssenari müəllifi | Toni Qilroy |
Baş rollarda | |
Operator | Bern Karpenter |
Bəstəkar | Con Debni |
İstehsalçı | Radar Pictures[d] |
Distribütor | Bleecker Street[d], Netflix |
İlk baxış tarixi | 11 aprel 2018, 19 aprel 2018, 30 may 2018, 10 avqust 2018 |
Müddət | 109 dəq.[4] |
Gəlir | 7.5 milyon $[1] |
Ölkə | |
Dillər | ingilis, fransız, ərəb |
Rəng | rəngli[d] |
IMDb | ID4669264 |
Beyrut, Beyrut əməliyyatı və ya Geri dönüş nöqtəsi (ing. Beirut; ing. The Negotiator (azərb. Müzakirə aparan) Böyük Britaniyada[5]) — 2018-ci ildə Toni Qilroyun yazdığı ssenari əsasında rejissor Bred Anderson tərəfindən çəkilmiş Amerika siyasi triller filmidir.[6] Filmdəki hadisələr 1982-ci ildə Livanda vətəndaş müharibəsi zamanı cərəyan edir. Bu filmdə baş rolu oynayan Con Hemm on il əvvəl ailəsinin ölümünə görə məsuliyyət daşıyan yerli siyasi qrupdan keçmiş həmkarını xilas etmək üçün Beyrutda vəzifəsinə qayıdan keçmiş amerikalı diplomat rolunu oynayır. Filmdə həmçinin Rozamund Payk, Din Norris, Şey Uyiqem, Larri Payn və Mark Pelleqrino da rol almışdırlar.
Filmin premyerası 22 yanvar 2018-ci ildə Sandens Film Festivalı zamanı baş tutmuş və 11 aprel 2018-ci ildə ABŞ-də nümayiş olunmuşdur. Film tənqidçilər tərəfindən ümumiyyətlə müsbət rəylər almış və tənqidçilər filmi "qüsurlarına baxmayaraq həyəcanlı" adlandıraraq, Con Hemm və Rozamund Paykın çıxışlarını yüksək qiymətləndirmişdirlər.[7]