Bilbo Beqgins | |
---|---|
Bilba Labingi | |
Yaradan | Con Tolkin |
Canlandıran | İen Holm[d], Martin Friman |
Məlumat | |
Cinsi | kişi[d] |
Yaşayış yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bilbo Beqgins (ing. Bilbo Bagginsı) — Şirdən olan hobbit, C. R. R. Tolkinin əsərlərindəki personaj. O, "Hobbit və ya oraya və geriyə" hekayəsinin baş qəhrəmanı, "Üzüklərin hökmdarı" trilogiyasının personajlarından biridir.[3][4] Tolkinin Orta Dünya bağlı bir çox əsərlərində əmisi nəvəsi Frodo Beqgins ilə birlikdə uydurma hekayəçi olaraq tanınır. Sehrbaz Qandalf, Torin Ağacqalxan və onun Cırtdanlar qrupuna əjdaha Smauq tərəfindən ələ keçirilən ata-baba yurdlarını və xəzinələrini geri qaytarmaqda kömək etmək üçün Bilbonu seçir. Bilbo qorxaq və rahatlığı sevən bir Hobbit kimi yola çıxır lakin sərgüzəştləri sayəsində qrupun faydalı və bacarıqlı üzvünə çevrilir.
Bilbonun tütün və poçt xidmətindən istifadəsi kimi xüsusiyyətlərlə müəyyən edilən Şirdəki həyat tərzi Viktoriya dövründən Edvard dövrünə qədər olan İngilis orta sinfini xatırladır. Bu, əsərdəki Cırtdanlar və Elflərin daha qədim dünyası ilə uyğun gəlmir. Görünür, Tolkin Bilbonu dizayner Uilyam Morrisin İslandiyadakı səyahətlərinə əsaslandırıb. Belə ki, Morris evini, rahatlığını xoşlayan, sakit həyat tərzi sürən insandır. Lakin o macəralı səyahəti ilə inkişaf edir. Bilbonun səyahəti də əsərdə, hikmət və fəzilətdə böyümə və bütövlüyə doğru psixoloji səyahət kimi şərh edilmişdir.
Bilbo xarakteri "Hobbit" və "Üzüklərin hökmdarı" filmlərində və film adaptasiyalarında və onlara əsaslanan video oyunlarında canlandırılıb.