Bill Klinton | |
---|---|
ing. Bill Clinton | |
20 yanvar 1993 – 20 yanvar 2001 | |
Vitse-prezident | Albert Qor |
Əvvəlki | Corc Herbert Uoker Buş |
Sonrakı | Corc Uoker Buş |
Şəxsi məlumatlar | |
Doğum adı | William Jefferson Blythe III |
Doğum tarixi | 19 avqust 1946[1][2][…] (78 yaş) |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat, avtobioqraf[d], yazıçı, müəllim, dövlət xadimi, saksofonçu[d], qubernator, hüquqşünas |
Həyat yoldaşı |
|
Uşağı | 1 |
Dini | metodizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, hüquqşünaslıq[3] |
|
|
Təltifləri |
|
clintonlibrary.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[1][2][…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokratlar partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir.
1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi.