Bin | |
---|---|
ing. Bean | |
Janr | komediya filmi[1][2] |
Əsas mövzu | Uistlerin anası |
Prodüserlər |
|
İcraçı prodüser | Riçard Körtis |
Ssenari müəllifləri | |
Baş rollarda |
|
İstehsalçılar | Working Title Films, Tiger Aspect Productions[d] |
Distribütor | PolyGram Filmed Entertainment[d], Netflix |
İlk baxış tarixi | 28 avqust 1997[5], 1997 |
Müddət | 95 dəq. |
Gəlir | 251.200.000 $[6] |
Ölkələr | |
Dil | ingilis dili |
Sonrakı film | Mister Bin səyahətdə |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Los-Anceles, London |
IMDb | ID0118689 |
Bin — rejissoru Mel Smit, ssenari müəllifi Riçard Kertis və Robin Driskoll olan 1997-ci ildə çəkilmiş komediya filmi. Rouen Atkinson və Kurtis tərəfindən yaradılmış Britaniya sitkom serialı olan Mister Bin əsasında çəkilmiş filmdə baş rolda Atkinson, köməkçi rollarda Peter Maknikol, Pamela Rid, Harris Yulin, Sandra Oh və Bört Reynolds çəkilir. Filmdə Bin Uistlerin anası tablosunun açılışı haqqında danışmaq üçün ABŞ-yə göndərilməzdən əvvəl London Milli Qalereyasında mühafizəçi işləyir.
Working Title Films və Tiger Aspect Films tərəfindən istehsal olunan Bin filmi 2 avqust 1997-ci ildə Birləşmiş Krallıqda və 7 noyabr 1997-ci ildə ABŞ-də PolyGram Filmed Entertainment və Gramercy Pictures tərəfindən ekranlara buraxıldı. Film tənqidçilərdən qarışıq rəylər aldı, lakin 18 milyon dollarlıq büdcəyə qarşı dünya üzrə 251,2 milyon dollar gəlir əldə edərək böyük gəlir gətirdi. Fimin müstəqil davamı olan Mister Bin səyahətdə 2007-ci ildə ekranlara buraxıldı.