Bioloji silah

Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteriya, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş

Bioloji təhlükəni xarakterizə edən beynəlxalq simvol.

sursatına, cihaz və tərtibatlara deyilir.[1] Bioloji silahın əsasını xəstəlik törədən mikroorqanizmlər və onlardan alınan toksinlər, viruslar, prionlar təşkil edir.

Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroorqanizmlər aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.

Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, bruselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur. Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və s. yolları ilə çatdırılır ki, sonrakı mərhələdə artıq o, kimyəvi silahdan fərqli olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır.

Bioloji silahlardan istifadə 1925-ci il Cenevrə Protokoluna[2] və 1972-ci ildə imzalanmış Bakterioloji (Bioloji) və Zəhərli Silahların İşlənməsinin, İstehsalının Qadağan edilməsi haqqında Konvensiyaya əsasən qadağandır.

  1. "Bioloji Silahlar". elmtehsil (az.). 2023-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-27.
  2. "Arxivlənmiş surət". ihl-databases.icrc.org. 2023-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-27.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne