Bladee

Bladee
Ümumi məlumatlar
Doğum adı Benjamin Reichwald[1]
Ləqəbi Bladee
Doğum tarixi 9 aprel 1994(1994-04-09) (30 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, dəb dizayneri, musiqi prodüseri, müğənni
Fəaliyyət illəri 2013-cü ildən
Janrlar klaud rep[d], trep, alternativ R&B[d]
Albom şirkətləri YEAR0001
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bladee (əsl adı: Bencamin Rayşvald; 9 aprel 1994, Stokholm, İsveç[2]) — İsveçli repçi, prodüser və dizayner. “Drain Gang” musiqi kollektivinin üzvü olmuşdur. Bladee öz musiqisini Stokholmda yerləşən YEAR0001 adlı səsyazma şirkəti vasitəsilə yayımlayır.[3] Bu şirkətə 2014-cü ildə qoşulub, “Gluee” adlı debüt miksteypi də daxil olmaqla, bütün mahnılarını bu leyblın iştirakı ilə buraxmışdır.

Bladee təkcə musiqi yazıb-oxumaqla kifayətlənmir, o, həm də vizual sənət əsərləri yaratmaqla məşğuldur. Hazırladığı rəsmlərini albomları və sinqlları üçün üz qabığı kimi istifadə edir.[4][5] Bladee, repçi həmkarı Yung Lean-in geyim markası olan “Sadboys Gear” üçün geyimlər dizayn edir, burada kreativ direktor vəzifəsini tutur.[6]

  1. The FADER (ing.). NYC: 1998. ISSN 1533-5194
  2. 1 2 https://www.thefader.com/2019/09/17/bladee-interview-drain-gang-trash-island.
  3. Year0001. Accessed 19 July 2018. http://www.year0001.com/ Arxiv surəti 3 mart 2021 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 3 mart 2021 at the Wayback Machine.
  4. Sami Baha. "Bladee – Cover Up (Prod. Sami Baha)". Soundcloud audio, 2:38, 27 June 2018. https://soundcloud.com/samibaha/bladee-cover-up-prod-sami-baha. [ölü keçid]
  5. Bala Club. "Woesum – Sapphire". Soundcloud audio, 5:05, 23 December 2017. https://soundcloud.com/balaclub/woesum-sapphire Arxiv surəti 9 noyabr 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 9 noyabr 2020 at the Wayback Machine.
  6. Tesema, Feleg. "5 of Our Favorite New Collections & Where to Buy Them". Highsnobiety. Titel Media. 14 May 2018. 20 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2018.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne