Boris Nemtsov | |
---|---|
![]() | |
Rusiya Federasiyası Baş Nazirinin I müavini | |
17 mart 1997 – 28 aprel 1998 | |
Prezident | Boris Yeltsin |
Rusiya Federasiyasının Energetika naziri | |
24 aprel 1997 – 20 noyabr 1997 | |
Prezident | Boris Yeltsin |
Əvvəlki | Pyotr Rodionov |
Sonrakı | Sergey Kirienko |
Nijeqorod vilayətinin birinci qubernatoru | |
30 noyabr 1991 – 17 mart 1997 | |
Baş nazir | Sergey Kirienko |
Əvvəlki | Təsis edilib |
Sonrakı | İvan Petroviç Sklyar |
Rusiya Federasiyası Dövlət Dumasının üzvü | |
31 may 2000 – 29 dekabr 2003 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Soçi, Rusiya SFSR, SSRİ |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | Qətlə yetirilib |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Partiya |
Sağ Qüvvələrin İttifaqı (1999-2008) Həmrəylik (2008-2010) Xalq Azadlığı (2010-2012) |
Fəaliyyəti | siyasətçi, fizik, dövlət xadimi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d] |
Dini | Rus Pravoslav Kilsəsi[3] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[4] |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
"Vətənə xidmətə görə" medalı (ikinci dərəcəli, 1995) "Şahzadə Yaroslavın Müdriklik" ordeni (Ukrayna, IV dərəcəli, 2006) "Azadlıq" ordeni (Ukrayna) "IRI Azadlıq" ordeni |
![]() |
|
nemtsov.ru | |
![]() |
Boris Efimoviç Nemtsov (rus. Борис Ефимович Немцóв) — rus liberal siyasətçi. Nemtsov Rusiyanın Sovet iqtisadi modelindən kapitalist modelinə keçidi mərhələsində çox mühüm rol oynamışdır.[5] Prezident Boris Yeltsin rəhbərliyində (1990-cı illərdə) uğurlu siyasi kareyeraya malik olmuşdur. 2000-ci ildən ölümünə qədər Vladimir Putinin açıq-aşkar ən böyük tənqidçisi olan Nemtsov, 27 fevral 2015-ci ildə ukraynalı sevgilisi Anna Duritskaya ilə birlikdə olarkən Moskva şəhərindəki Kremlin körpüsünün yaxınlığında arxadan açılan atəş nəticəsində qətlə yetirilmişdir.[6][7][8] Qətlə yetirilməsindən bir neçə həftə əvvəl Putinin onu öldürə biləcəyini bildirmişdir.[9][10] 2017-ci ilin iyununda Nemtsovun qətlində günahlandırılaraq 5 çeçen həbs edilmiş və onlar məhkəmədə bunu 15 milyon rubl (253.000 dollar) müqabilində etdiklərini etiraf etmişdirlər. Lakin bu qətlin sifarişinin kim tərəfindən verilməsi hələ də bilinmir.
Nemtsov Putin hakimiyyətini avtoritarlığın yüksəlişinə, qeyri-demokratik rejimə, məmur özbaşnalığına, korrupsiyaya, Soçi Olimdiyadasının təşkilindəki yeyintilərə, Rusiyanın Ukraynaya siyasi və hərbi müdaxiləsinə görə tənqid edirdi.[11] 2008-ci ildən sonra Nemtsov birbaşa Putin ilə əlaqələndirilən korrupsiya və yeyinti ilə bağlı apardığı araşdırmanı yayımladı. O, siyasi mübarizəsinin bir hissəsi kimi, "Narazıların yürüşü", "Strategiya-31" və "Ədalətli seçkilər naminə" adlı kompaniyaların təşkilatçısı və iştirakçısı idi.
Qətlə yetirildiyi ərəfədə Nemtsov Moskvada Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına və maliyyə böhranına qarşı etiraz nümayişi təşkil etməklə məşğul idi. O, həmçinin Ukraynadakı rus hərbi qulluqçularının ruspərəst üsyançılar tərəfdə Ukrayna dövlətinə qarşı döyüşdüyünü göstərən hesabat üzərində çalışırdı. Rusiyanın bu fəaliyyəti o zaman Rusiyadan kənarda bir o qədər də populyar deyildi.[12]
Nemtsov Nijni-Novqorodun ilk qubernatoru olmuşdur (1991–1997). Daha sonra o, Rusiya hökumətində Energetika naziri (1997), Rusiya baş nazirinin müavini və Rusiya Təhlükəsizlik Şurasının üzvü (1997–1998) kimi vəzifələrdə çalışmışdır. 1998-ci ildə Gənc Rusiya hərəkatının əsasını qoymuşdur. 1999-cu ildə "Sağ Qüvvələr İttifaqı" adlı seçki blokunun həmtəsisçilərindən olmuşdur. Bu blok sonralar siyasi partiyaya çevrilmişdir. O, dəfələrlə deputat seçilmişdir. Xalq Deputatları Sovetinin (1990), Federasiya Şurasının (1993–1997 və Dövlət Dumasının (1999–2003) üzvü olmuşdur.
O, həmçinin Dövlət Dumasının vitse-spikeri və "Sağ Qüvvələr İttifaqı"nın parlament qrupunun rəhbəri olmuşdur. 2008-ci ildə "Sağ Qüvvələr İttifaqı"nın parçalanmasından sonra "Həmrəylik" hərəkatının həmtəsisçisi olmuşdur. 2010-cu ildə "Qanunsuzluq və Korrupsiya olmayan Rusiya uğrunda" koalisiyasının həmtəsisçisi olmuşdur. Bu koalisiyanin partiya kimi qeydiyyatdan keçirilməsi rəsmi dairələr tərəfindən rədd edilmişdir. 2012-ci ildən etibarən qeydiyyatlı siyasi partiya olan Xalq Azadlıq Partiyasının həmsədri olmuşdur.[13][14]
Qətlə yetirildiyi zaman müxalif "Həmrəylik" hərəkatının liderlərindən biri, Yaroslavl vilayət parlamentinin seçilmiş üzvü, Liberallar və Demokratlar Alyansının üzvü olan və panavropaçı partiya olan Xalq Azadlıq Partiyasının həmsədri idi.
Qətlindən sonra Nyu-York Taymsdan Serge Sşmemann "Heç vaxt geri çəkilməyən islahatçı" başlıqlı məqaləsində yazırdı:[15]
![]() |
Hündür, yaraşıqlı, hazırcavab və ciddi sözlü olan Mr. Nemtsov həyəcanlı anda – kommunizm çökərkən və üfüqdə yeni era görünərkən – Rusiya üçün parlayan gənc istedadlı kişi idi. | ![]() |
Nyu-York Taymsdan daha başqa bir jurnalist– Yuliya Yoffe də Nemtsovu təxminən bu tərzdə sözlərlə tərif etmişdir.[16]