Bricerton | |
---|---|
ing. Bridgerton | |
| |
Janr |
Regent dövrü romantikası Alternativ tarix |
Əsaslanır | Culiya Kuinin "Bricerton" romanlar seriyası |
İlk baxış tarixləri | 25 dekabr 2020 |
Prodüser |
Şonda Rayms Betsi Birs Kris Van Düsen Culi Enn Robinson Sarada MakDermott Holden Çanq Sara Dollar |
Yaradıcısı | Kris Van Düsen |
Rollarda |
|
Bəstəkar | Kris Bauers |
Montajçı | Cim Flinn |
İstehsalçı ölkə | ABŞ |
İl | 2020 |
Dil | İngiliscə |
İlk çıxış tarixi | 25 dekabr 2020 |
Mövsüm sayı | 3 |
Seriya sayı | 24 |
Seriya vaxtı | 57–72 |
Telekanal | Netflix |
IMDb | ID8740790 |
Vikianbarda əlaqəli mediafayllar |
Bricerton (ing. Bridgerton) — Kris Van Düsen tərəfindən Netflix üçün yaradılmış ABŞ tarixi romantika strim-serialı. Yazıçı Culiya Kuinin eyni adlı romanlar seriyası əsasında çəkilən Bricerton, Shondaland tərəfindən Netflix üçün istehsal edilmiş ilk teleserialdır. Serialda hadisələr 1800-cü illərdə, alternativ Regentlik dövründə, III Georqun hakimiyyəti zamanı baş verir. Serialda qara dərili kimi təqdim edilən kraliça Şarlottanın irsinə hörmət olaraq irqi bərabərliyi təmin edən kral, Afrika mənşəli bir çox adamlara zadəgan titulları vermişdir. Əsas diqqət mərkəzində olan hadisələr, London yüksək cəmiyyətində zadəgan və torpaq sahibi ailələrindən olan evlilik yaşına çatmış şəxslər sosial mövsümlər zamanı təşkil edilən ballarda (o cümlədən Kraliça Şarlotta balında) iştirakıdır.
Serialın ilk mövsümü 25 dekabr 2020-ci ildə təqdim edilmişdir. İkinci mövsümün premyerası isə 25 mart 2022-ci ildə baş tutmuşdur. Üçüncü mövsümün birinci hissəsi 16 may 2024-cü ildə, ikinci hissəsi isə 13 iyun 2024-cü ildə təqdim olunmuşdur.[1] 2021-ci ilin aprelində serialın dördüncü mövsümünün çəkiləcəyi elan edilmişdir.[2][3] 2023-cü ilin mayında, Netflix tərəfindən Kraliça Şarlottanın həyatından bəhs edən Kraliça Şarlotta: Bricerton hekayəsi mini-serialı təqdim edilmişdir.
Rejissor, quruluşçu rejissor və reəssam işi, o cümlədən aktyor performanslarına görə müsbət qiymətləndirilmiş Bricerton serialı, iki dəfə Praym-taym Emmi mükafatı və Meyk-ap rəssamları və saç stilistləri Gildiyasının mükafatını qazanmış, müxtəlif nominasiyalarda Praym-taym Emmi mükafatı, Ekran Aktyorları Gildiyası Mükafatı, Peyk mükafatı, NAACP mükafatına namizəd göstərilmişdir. Bəstəkar Kris Bauersin serial üçün yazdığı musiqi, Vizual media üçün ən yaxşı musiqi nominasiyasında Qremmi mükafatı qazanmışdır.