Bruklin (film)

Bruklin
ing. Brooklyn
Janr dram
melodram
Rejissor Con Krouli
Prodüserlər Finola Dvayer
Amanda Pozi
Pyer İven
Əsərin müəllifi Kolm Toybin
Ssenari müəllifi Nik Hornbi
Baş rollarda Sirşa Ronan
Emori Koen
Donal Qlison
Cim Brodbent
Operator İv Belanje
Bəstəkar Maykl Bruk
Rəssam İren O'Brayen
Montajçı Jake Roberts
İstehsalçılar BFI
BBC Films
HanWay Films
Telefilm Canada
Irish Film Board
TSG Entertainment
Wildgaze Films
Distribütor 20th Century Fox, InterCom[d][4], Netflix, Disney+
İlk baxış tarixi 26 yanvar 2015, Sandens Film Festivalı
4 noyabr 2015, ABŞ
Filmin növü bədii film
Müddət 112 dəqiqə[1]
Büdcə 11 milyon $[2]
Gəlir 62 milyon $[3]
Ölkələr İrlandiya İrlandiya
 Böyük Britaniya
Kanada Kanada
Dil ingilis dili
İl 2015
Rəng rəngli
Çəkiliş yeri Monreal, Nyu-York
IMDb ID2381111
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Bruklin" (ing. Brooklyn) — 2015-ci ildə dram-melodram janrında çəkilmiş İrlandiya-Böyük Britaniya-Kanada müştərək filmi. Kolm Toybinin eyniadlı əsəri əsasında çəkilən filmin rejissoru Con Krouli, ssenari müəllifi isə Nik Hornbidir. Baş rolları Sirşa Ronan, Emori Koen, Donal Qlison, Cim Broadbent və Culi Uolters ifa edirlər. Filmdəki hadisələr 1951-1952-ci illərdə cərəyan edir və gənc irland qızın öz sevgisini tapdığı Bruklinə mühacirət tarixindən bəhs edir. Keçmişi hər an onu təqib edir, lakin qız hər şeyə baxmayaraq iki ölkə və iki həyat arasında seçim etməlidir.

"Bruklin" filmi ilk dəfə tənqidçilər tərəfindən rəğbətlə qarşılandığı 2015-ci ilin Sandens Film Festivalında nümayiş etdirilmişdir.[5] Bu nümayiş 4 noyabr 2015-ci il tarixində Birləşmiş Ştatlarda6 noyabr 2015-ci il tarixində Böyük Britaniyada məhdud çərçivədə təşkil olunmuşdu.[6] Film "Ən yaxşı film", "Ən yaxşı aktrisa", "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyaları da daxil olmaqla, üç dəfə "Oskar" mükafatına namizəd göstərilib.

  1. "BROOKLYN (12A)". British Board of Film Classification. 24 avqust 2015. 2016-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2015.
  2. "With indie films such as 'Brooklyn' and 'Room,' the creativity often begins with the financing". Los Angeles Times. 29 dekabr 2015. 2016-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2016.
  3. "Brooklyn (2015)". Box Office Mojo. 2015-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2016.
  4. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  5. Kit, Borys. "Sundance: Fox Searchlight Nabs 'Brooklyn'". Prometheus Global Media. 27 January 2015. 24 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2015.
  6. "US date set for Saoirse Ronan-starring Brooklyn". Rte.ie. 2015-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne