Bulquksa

Bulquksa
불국사
Bulquksa məbədi
Bulquksa məbədi
Xəritə
35°47′24″ şm. e. 129°19′56″ ş. u.HGYO
Ölkə Cənubi Koreya
Şəhər Qyonqcu
Yerləşir Könsan-Pukto[d], Köncu[d]
Rəsmi sayt bulguksa.or.kr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bulquksa, Toham dağının yamaclarında (Cənubi Koreya, Şimali Qyonqsanq əyaləti, Qyonqcu şəhəri, Cinhon-donq) yerləşir. Koreya Buddizmi Cogye Quruluşunun baş məbədidir və ərazisində DabotapSokgatap daş Paqodaları, Çonqun-qyo (Mavi Bulud Körpüsü) və iki qızıl-bürünc Budda heykəli daxil olmaqla Cənubi Koreyanın Milli Sərvətlərindən yeddisi mövcuddur. Məbəd Cənubi Koreya hökuməti tərəfindən 1 nömrəli Tarixi və Səfalı Sahə olaraq təsnif edilmişdir. 1995-ci ildə Bulquksa dörd kilometr şərqdə yerləşən Sokguram Qrotto ilə birlikdə UNESCO-nun Ümumdünya irsi Siyahısına daxil edildi.

Məbəd Şila krallığında Buddist sənətinin qızıl dövrünün şah əsəri hesab olunur. Hal-hazırda Koreya Buddizmi Cogye Quruluşunun 11-ci rayonunun baş məbədidir.

Dünyadakı ən qədim taxta üzərində oymalar arasında olan Dharani sutranın 704-751-ci il tarixli versiyası 1966-cı ildə burada tapılmışdır. Budist mətni 8 sm×630 sm-lik tut kağızından Perqament üzərində basılmışdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne