Bunyol

Bunyol
Buñol
39°25′10″ şm. e. 0°47′26″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 112,4 km²
Mərkəzin hündürlüyü 441 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.765 nəf. (2024)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 46360
Nəqliyyat kodu V
Digər
bunyol.es
Xəritəni göstər/gizlə
Bunyol xəritədə
Bunyol
Bunyol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Bunyol (isp. Buñol) — İspaniyanın Valensiya vilayətində yerləşən şəhər və bələdiyyə. Bələdiyyənin sahəsi təxminən 112 km² təşkil edir və Valensiya şəhərinin qərbində, təxminən 38 km məsafədə yerləşir. Şəhər Bunyol çayı boyunca uzanır və ətrafı Syerra-de-Las-Kabrilyas, Syerra-de-Dos-Aquas və Syerra-de-Malakara və Martes dağ silsilələri ilə əhatə olunub.

Bunyolun yerli iqtisadiyyatı sənaye və kənd təsərrüfatının qarışığından ibarətdir. Burada əsasən çəyirək ağacı, badam ağacı, meyvə ağacları, zeytun ağacları və üzüm yetişdirilir.

Şəhərin əhalisi təxminən 9,000 nəfərdir.

Bunyol Renfe dəmiryolu şəbəkəsi vasitəsilə Valensiya şəhərinə sərnişin qatar xidməti təqdim edir.

Hər il 40,000-dən çox insan şəhərə toplaşaraq məşhur La Tomatina festivalında iştirak edir. Festival zamanı 115,000 kq-dan çox pomidor bir-birinə atılır. Bu festival turistlər üçün maraqlı bir hadisədir və xüsusilə Avropadan gələn turistlər onu izləmək və iştirak etmək üçün şəhərə axın edirlər.

Şəhərin yaxınlığında Levante UD futbol klubunun məşq meydançaları və bazası yerləşir.

  1. 1 2 Nomenclátor Geográfico de Municipios y Entidades de Población. 2024.
  2. İspaniya Milli Statistika İnstitutu Municipal Register of Spain of 2024. 2024.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne