Call of Duty: Black Ops | |
---|---|
![]() | |
![]() | |
Yayımlayanlar | Activision |
Seriya | Call of Duty |
Buraxılış tarixləri | 9 noyabr 2010 |
Janr | birinci şəxs atıcı |
Texniki məlumat | |
Platforma | Xbox 360, PlayStation 3, Microsoft Windows, macOS, Xbox One, PlayStation 4 |
Oyun rejimi | birnəfərli oyun[1], çoxnəfərli oyun, kooperativ oyun[d] |
İnterfeysin dili | ingilis dili[1], alman dili[1], italyan dili[1], ispan dili[1], fransız dili[1], rus dili |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | kompüter klaviaturası |
Rəsmi saytı | |
![]() |
Call of Duty: Black Ops (azərb. Borcun çağırışı: Qara əməliyyatlar) — "Treyarch" tərəfindən hazırlanan, "Activision" şirkəti tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Call of Duty" oyun seriyasındakı 7-ci əsas epizoddur və 2008-ci ildə satışa çıxarılan "Call of Duty: World at War" videooyununun davamıdır. Oyun 9 noyabr 2010-ci il tarixində Microsoft Windows, PlayStation 3, Xbox 360 və Wii platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra "Aspyr Media" tərəfindən 27 sentyabr 2012-ci il tarixində OS X platforması üçün satışa çıxarılmışdır.
Oyunun əsas süjeti Soyuq müharibə dövründə, 1960-cı illərdə cərəyan edir. Oyunun protaqonisti MKİ əməkdaşı Aleks Meyson bir nömrəli radiostansiyanın mövqeyini müəyyənləşdirmək üçün bəzi xatirələrini xatırlamağa çalışır. Bu radiostansiya kimyəvi silahlarla ABŞ-yə hücum etmək istəyən agentlərə məlumat yayır. Meyson, başqa bir MKİ əməkdaşı olan Ceyson Hadson və Qızıl Ordu hərbçisi Viktor Reznov oyunun əsas idarə edilən personajlarıdır. Oyunun əsas süjeti Kuba, Rusiya, ABŞ, Qazaxıstan, Honkonq, Laos, Vyetnam və Arktikada cərəyan edir.
"Call of Duty: Black Ops" tənqidçilərdən müsbət rəylər almışdır. Satışa çıxarıldıqdan 24 saat sonra oyun 5.600.000 nüsxə satmış (4.200.000 nüsxə ABŞ-də, 1.400.000 nüsxə Böyük Britaniyada), "Call of Duty: Modern Warfare 2" videooyununun rekordunu təxminən 2.300.000 nüsxə fərqi ilə qırmışdır. Satışa çıxarıldıqdan 6 həftə sonra "Activision" şirkəti oyunun satışlarından 1.000.000.000 ABŞ dolları əldə etdiklərini açıqlamışdır. 3 avqust 2011-ci ildə "Activision" şirkəti oyunun bütövlükdə 25.000.000 nüsxə satdığını açıqlamışdır. Bu isə "Black Ops"u ABŞ, Böyük Britaniya və Avropada ən çox nüsxə satan videooyun etmişdir. Oyunun davamı – "Call of Duty: Black Ops II" 2012-ci ildə satışa çıxarılmışdır.