Casus foederis və ya casus fœderis Latın dilindən tərcümədə "müqavilənin qüvvəyə minməsi və məcburi olması şərti" deməkdir. Diplomatik dillə ifadə edilərsə, o, ittifaqın şərtlərinin qüvvəyə mindiyi vəziyyəti təsvir edir və müttəfiqlərdən birinə hücum edildiyi zaman hücuma məruz qalmış olan müttəfiqə hərtərəfli tədbirləri nəzərdə tutur.
Casus foederis, müdafiə ittifaqı vəziyyətində müttəfiqlərdən birinə qarşı müharibə elan edildikdə və ya başladıldıqda baş verir. Müttəfiqlik müqavilələri tez-tez nəyin casus foederis hesab ediləcəyini müəyyənləşdirir.[1]