Central Cee

Central Cee
Central Cee 2023-cü ildə
Central Cee 2023-cü ildə
Ümumi məlumatlar
Doğum adı Oakley Neil H T Caesar-Su
Ləqəbi Central Cee[2]
Doğum tarixi 4 iyun 1998(1998-06-04) (26 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, mahnı yazarı[d]
Fəaliyyət illəri 2015-ci ildən
Janrlar UK drill[d][3], Britaniya hip-hopu, trep, pop rep[d]
Albom şirkətləri Alternative Distribution Alliance[d], Columbia Records[1]
centralcee.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Central Cee (4 iyun 1998, Shepherd's Bush[d], London, İngiltərə, Birləşmiş Krallıq[3]) — Birləşmiş Krallıq repçisi. "UK drill" janrındakı mahnılarına görə tanınır. 2020-ci ildə yayımladığı iki dənə sinqlı "Day in the Life" və "Loading" sayəsində diqqətləri öz üzərinə çəkib.[4] 2021-ci ildə çıxardığı debüt miksteypi "Wild West" UK Albums Chart-da ikinci pillədə qərarlaşıb.[5] Onun 2022-ci ildə təqdim etdiyi ikinci miksteypi "23" həmin hit-parada başçılıq edib.

Central Cee-nin 2022-ci ilin iyul ayında yayımladığı sinqlı "Doja" UK Singles Chart-da ikinci sıraya çatıb. Bu mahnı Spotify-da ən çox dinlənilən Britaniya rep mahnısı olmuşdur.[6][7] O, 2022-ci ilin oktyabrında "No More Leaks" adlı dördüncü mini-albomunu buraxıb.[8] 2023-cü ilin iyununda repçi Dave ilə birgə ifa etdiyi sinqlı "Sprinter"-i yayımlayıb. Sözügedən mahnı onun Birləşmiş Krallıqda bir nömrəyə çatan ilk mahnısı olub. Bu sinql eyni zamanda 10 həftə boyunca hit-paradda öz mövqeyini qorumuşdur.[9] Central Cee 2023-cü ildə Dave ilə hazırladığı kollaborativ miksteyp albomu olan "Split Decision"-ı təqdim edib, hansı ki, trek siyahısına həmin sinql da daxildir.[10]

  1. 1 2 https://www.columbiarecords.com/artists/central-cee/.
  2. Central Cee // AllMusic (ing.). 1991.
  3. 1 2 3 Williams K. Central Cee: Big Sean-endorsed west London rapper whose career finally thrived during lockdown (brit. ing.). // New Musical Express / red. (not translated to en-gb) 2021. ISSN 0028-6362
  4. Scott, Jimi. "How Central Cee finally achieved greatness". GRM Daily (ingilis). 10 March 2021. 7 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2023.
  5. Peaks in the UK:
  6. Wynter, Courtney. "Central Cee's "Doja" Debuts At Number 2 In UK Singles Chart". GRM Daily (ingilis). 29 July 2022. 9 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2023.
  7. Keith, James. "Central Cee Makes UK Chart History, Shouts Out Giggs,Skepta, Krept and Konan and D-Block Europe For Early Influence". Complex (ingilis). 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.
  8. Keith, James. "Central Cee Drops Surprise 'No More Leaks' EP, Leads With "One Up" Video". Complex (ingilis). 9 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2023.
  9. Brandle, Lars. "Dave and Central Cee's 'Sprinter' Snags U.K. Chart Record". Billboard (ingilis). 2023-08-07. 2023-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
  10. "Dave & Central Cee make record-breaking debut at Number 1 with Sprinter". www.officialcharts.com (ingilis). 9 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2023.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne