Ceyms Berri | |
---|---|
ing. James Barry | |
Doğum adı | Margaret Ann Bulkley |
Doğum tarixi | təq. 1789 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyul 1865[1][2] |
Vəfat yeri | |
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri |
|
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Miranda Stuart Berri (təq. 1789, Kork, İrlandiya krallığı[d] – 25 iyul 1865[1][2], London) — Cənubi Afrikada xidmət etmiş ingilis həkim və hərbi cərrah. Karyerasının sonunda baş müfəttiş vəzifəsində çalışıb. O, Britaniya ordusunun yaralı və xəstə əsgərlərinin müalicəsi ilə yanaşı, yerli əhalinin həyatının yaxşılaşdırılması ilə də məşğul olub. Nailiyyətlərindən biri Afrikada ana və uşağın sağ qaldığı ilk qeysəriyyə əməliyyatıdır.[3] Məzarı Kensal Qrin qəbiristanlığındadır.
Doktor Berri sənədli və bədii filmlərin qəhrəmanı olmuşdur. İngilis yazıçısı Patrisiya Dunkerin "Ceyms Miranda Berri" (James Miranda Barry, 1999) adlı romanı ona həsr olunub.
Berri bütün yetkin həyatını kişi kimi yaşasa da, o Marqaret Enn Bulkley adı ilə doğulub və qadın olmuşdur.[4] Edinburq Universitetinə daxil olmaq və cərrah kimi karyerasına başlamaq üçün Berri bütün sonrakı ictimai və şəxsi həyatını kişi kimi yaşamışdır. Berrinin bioloji cinsi yalnız onun ölümündən sonra ictimaiyyətə və həmkarlarına məlum olmuşdur.[3]