Ceyms Coys | |
---|---|
ing. James Joyce | |
| |
Doğum adı | James Augustine Aloysius Joyce[5] |
Doğum tarixi | 2 fevral 1882[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 yanvar 1941[3][4][…] (58 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | peritonit |
Dəfn yeri | |
Uşaqları | 2 |
Təhsili |
|
Fəaliyyəti | şair, romançı, müəllim, müəllif, yazıçı, jurnalist, ədəbi tənqidçi, nasir |
Fəaliyyət illəri | 1904-cü ildən |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | poeziya[8] |
jamesjoyce.ie | |
Ceyms Coys Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Oqastin[9] Aloyşes Coys (ing. James Augustine Aloysius Joyce; 2 fevral 1882[1][2][…], Ratqar[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[3] – 13 yanvar 1941[3][4][…], Sürix[3][6][…]) — irland romançı, hekayə yazarı, şair, müəllim və ədəbiyyat tənqidçisi. Modernist avanqard cərəyanına töhfələr vermiş Coys 20-ci əsrin ən nüfuzlu və mühüm yazıçılarından biri hesab edilir. O, ən əsas Homerin Odisseya epik poemasındakı epizodların bir çox ədəbi üslub, xüsusən də, şüur axınının vəhdətiylə xarakterizə olunan "Uliss" romanı ilə məşhurdur. Müəllifin digər məşhur əsərlərinə "Dublinlilər "(1914) adlı hekayələr toplusu, "Sənətkarın gənclik portreti" (1916) və "Finneqanın yası" (1939) romanları daxildir. Onun digər əsərlərinə üç şeir kitabı, bir pyes, nəşr olunmuş məktubları və jurnalistik yazıları aiddir.
Coys Dublində, orta təbəqəyə aid bir ailədə dünyaya gəldi. Ağıllı və çalışqan tələbə olan Coys yezuit məktəbləri olan Klonqous Vud Kolleci və Belveder Kollecində akademik göstəriciləri ilə seçilməzdən öncə atasının qeyri-stabil maddi gəlirindən qaynaqlanan xaotik vəziyətə baxmayaraq, Xristian Qardaşlar Cəmiyyəti tərəfindən idarə olunan O’Konnell məktəbinə getdi. O, təhsilini Dublin Universitet Kollecində davam etdirdi.
1904-cü ildə erkən 20-li yaşlarında olan Coys gələcək həyat yoldaşı Nora Barnakl ilə Avropaya köçdü. Onlar Triest, Paris və Sürixdə yaşadılar. Yetkinlik dövrünün böyük əksəriyyətini xaricdə keçirsə də, Coysun xəyali dünyasının mərkəzi həmişə Dublin idi və bu dünyanın sakinlərinin çoxu onun ailə üzvlərinə, düşmənlərinə və orada qaldığı vaxt dostluq etdiyi insanlara bənzəyirdi. Xüsusilə, "Uliss" romanında hadisələr şəhərin küçə və dar keçidlərində baş verir. "Uliss" nəşr olunduqdan qısa bir müddət sonra müəllif fikirlərini belə ifadə etmişdi: "Həmişə Dublin haqda yazıram, çünki fikrimcə, Dublinin qəlbinə qədər gedib çıxa bilirəmsə, dünyadakı bütün şəhərlərin qəlbinə çata bilərəm. Bu şəhər özündə bəşəri bir şey ehtiva edir."[10]