Ceyms Robinson

Ceyms Robinson
ing. James Alan Robinson
Doğum tarixi 27 fevral 1960(1960-02-27)[1] (64 yaş)
Elm sahəsi iqtisadiyyat
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları İqtisadiyyat üzrə Nobel mükafatı
scholar-harris.uchicago.edu/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Robinson (ing. James A. Robinson; 27 fevral 1960[1]) — Britaniya əsilli amerikalı iqtisadçı, politoloq və akademik. O, münaqişə, inkişaf, iqtisadi və siyasi institutların mənşəyi kimi məsələlərə diqqət yetirən araşdırmaları ilə tanınır.

Robinson hal-hazırda Çikaqo Universitetinin Harris İctimai Siyasət Məktəbində Qlobal Münaqişələrin Tədqiqatları üzrə professor və münaqişələrin həllinə yönəlmiş tədqiqatları dəstəkləyən Pearson İnstitutunun rəhbəridir.[3][4][5] O, müxtəlif universitetlərdə, o cümlədən 2004–2015-ci illərdə Harvard Universitetində dərs keçmişdir. Robinson, həmçinin Daron Acemoğlu ilə birlikdə "Dar dəhliz", "Millətlər niyə tənəzzül edir?" və "Diktatura və demokratiyanın iqtisadi mənşəyi" kimi kitabların həmmüəllifidir. Bu əsərlərdə ölkələrin uğuru və ya uğursuzluğu, həmçinin siyasi və iqtisadi institutların cəmiyyətlərin inkişafına təsiri təhlil edilir.[6]

2024-cü ildə Robinson, ƏcəmoğluSaymon Conson ölkələr arasındakı rifah fərqlərini araşdıran müqayisəli tədqiqatlarına görə İqtisadiyyat üzrə "Nobel" mükafatına layiq görülüblər.[7]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #128970006 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 https://www.econometricsociety.org/society/news/congratulations-our-2021-fellows.html.
  3. "James Robinson Named Faculty Director of The Pearson Institute". UChicago News (ingilis). 2 June 2016. 13 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2019.
  4. "James Robinson | Harris Public Policy". harris.uchicago.edu (ingilis). 9 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2018.
  5. "The Pearson Institute Leadership". 2 October 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2019.
  6. "Curriculum Vitae" (PDF). 25 June 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 February 2018.
  7. "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2024". NobelPrize.org (ingilis). İstifadə tarixi: 14 October 2024.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne