Ceyson Li | |
---|---|
![]() | |
Doğum tarixi | 25 aprel 1970[1] (54 yaş) |
Doğum yeri |
|
Uşağı | 3 |
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, aktyor, sahibkar, komediyaçı, səsləndirmə aktyoru[d], ssenarist, film prodüseri, iş adamı, televiziya prodüseri[d], xarakter aktyoru[d], yazıçı |
Fəaliyyət illəri | 1988-ci ildən |
IMDb | ID0005134 |
jasonleefilm.com | |
![]() |
Ceyson Maykl Li (ing. Jason Michael Lee; 25 aprel 1970[1], Orinc[d], Kaliforniya) — amerikalı aktyor, filmmeyker, fotoqraf və keçmiş peşəkar skeytbordçu. O, komediya serialı "Mənim adım Erldir"dəki ifasına görə məşhurlaşıb. Bu serialdakı performansına görə o, 2005 və 2006-cı ildə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ceyson həmçinin "Elvin və burunduklar" film seriyasında Deyv roluna görə tanınır.
Keçmiş peşəkar skeytbordçu olan Ceyson Li 1992-ci ildə həmkarı skeytbordçu Chris "Dune" Pastras ilə birlikdə "Stereo Skateboards" şirkətini təsis etmişdir.[2] Şirkət yarandığı ildən bəri skeyt avadanlıqları və geyimlərinin istehsalı və paylanması ilə məşğuldur. Şirkət məhsullarına əlavə olaraq skeyt videoları da çəkir.