Ceyson Steytem | |
---|---|
ing. Jason Statham | |
![]() | |
Doğum tarixi | 26 iyul 1967[1][2] (57 yaş) |
Partnyorları |
|
Fəaliyyəti | film prodüseri, kino aktyoru, model[d], karateçi, kikboksçu, aktyor, səsləndirmə aktyoru[d], futbolçu |
Fəaliyyət illəri | 1998-ci ildən |
IMDb | ID0005458 |
![]() |
Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967[1][2]) — İngiltərə aktyoru. O, döyüş-triller filmlərindəki sərt və kobud rollarına görə məşhurlaşıb. Steytem 2000 və 2010-cu illərdə döyüş filmlərini yenidən populyarlaşdırdığına görə alqışlanıb.[3] Onun rol aldığı filmlər 2017-ci ilə qədər 1,5 milyard dollardan çox gəlir gətirib, bu onu kino sənayesinin ən çox qazanan ulduzlarından birinə çevirib.[4][5]
Ceyson Steytem gənclik illərində mağazalarda işləyərkən boş vaxtlarında Çin döyüş sənətləri, eləcə də kikboksinq və karate ilə məşğul olurdu. O, həvəslə futbol oynamış və suya tullanma ilə məşğul olmuşdur. İngiltərənin suya tullanma üzrə milli komandasını təmsil etmişdir. 1990-cı ildə Birlik Oyunlarında İngiltərə üçün qürurla yarışmışdır. Bundan qısa müddət sonra o, müxtəlif reklam kampaniyalarından təkliflər aldı, tanınmış brendlər French Connection, Tommy Hilfiger və Levi's üçün modellik etdi. Steytem həmin dövrlərdə kinorejissor Qay Ritçinin cinayət filmlərində çəkilmək üçün seçilib. 1998-ci ildə "Lock, Stock and Two Smoking Barrels" və 2000-ci ildə "Qapışma" filmlərində rol alıb.
Steytem bu filmlərin uğurunda sonra "Daşıyıcı" (ing. Transporter) trilogiyasında (2002–2008) Frenk Martin rolunu ifa etdi. O, "İtalyansayağı oğurluq" (2003), "Adrenalin" (2006), "Müharibə" (2007), "The Bank Job" (2008), "The Mechanic" (2011), "Casus" (2015) və "Mechanic: Resurrection" (2016) kimi bir sıra soyğun və döyüş-triller filmlərində çəkildikdən sonra Hollivudda ad çıxarmağı bacardı. Digər tərəfdən, o, "Revolver" (2005), "Chaos" (2005), "In the Name of the King" (2007), "13" (2010), "Blitz" (2011), "Peşəkar" (2011), "Hummingbird" (2013) və "Wild Card" (2015) kimi uğursuz filmlərdə də çəkilib. O, kommersiya uğurunda azalma ilə üzləşdikdən sonra "Qabağıalınmazlar" və "Forsaj" kimi məşhur film seriyalarında çəkilərək öz uğuru bərpa edib. Forsaj seriyasının bir hissəsi olan "Hobs və Şou" spin-off filmində Deckard Shaw obrazını canlandırıb.