Chanel | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | dəb |
Məhsulları | dəbdəbəli geyim, ətriyyat, çanta, aksessuarlar |
Təsis tarixi | 1913[1] |
Baş qərargahın yeri | FransaParis |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲ € 6.3 milyon |
Xalis mənfəəti | € 1.56 milyon |
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı | 1270 |
Rəhbərlik | |
Təsisçi | Koko Şanel |
www.chanel.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Chanel S. A. (fr. [ʃaˈnɛl]; azərb. Şanel) — XX əsrin əvvəlində Parisdə moda dizayneri Koko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması. Sonralar Koko Şanel kimi tanınan Qabriel Bonyor Şanel 1913-cü ildə Aşağı Normandiya bölgəsinin kiçik Dovil[3] şəhəində özünün ilk "Chanel" kiçicik butik geyim mağazasını açmışdır.[1] 2013-cü ildə "Chanel" butikinin 100 illik yubileyi qeyd edilmişdir.[4] Hal-hazırda ən sanballı, dəbdəbəli və dünya geyim dəbinin bayraqdarı sayılan "Chanel modalar evinin" mənzil gərargahı Parisin O-dö-Sen departamentində yerləşir. "Chanel Evi" qadın geyim və bəzək əşyalarından başqa kişilərin də zövqünə oxşayan geyim, qol saatları, eynəklər, kəmərlər və s. kimi aksessualar təqdim etməkdədir.
Forbes juranalının yazdığına görə, Koko Şanelin iş ortağı Piyer Vertheimerin (1888–1965) nəvələri, Alayn Vertheimer (* 1949) və Jerard Vertheimer (* 1950) "Chanel"in sahibləridirlə.[5]