Coker | |
---|---|
ing. Joker | |
| |
Janr | dram, cinayət və triller |
Əsas mövzu | Joker |
Rejissor | |
Prodüser | |
Ssenari müəllifləri |
|
Baş rolda | Xoakin Feniks |
Operator | Lourens Sher |
Bəstəkar | Hildur Qudnadottir |
İstehsalçılar | Warner Bros., Village Roadshow Pictures[d], DC Studios[d] |
Distribütor | Warner Bros., InterCom[d][6] |
İlk baxış tarixi |
|
Müddət | 122 dəq. |
Yaş həddi |
|
Büdcə | $55–64 milyon[2][3] |
Gəlir | $771 283 522[4] |
Ölkə | |
Dil | ingilis dili |
İl | 2019 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York |
IMDb | ID7286456 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Coker (ing. Joker) — Todd Fillipsin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş ABŞ psixoloji triller filmi. Filmin ssenarinisi Todd Fillips və Skott Silver tərəfindən yazılmışdır. Film "DC Comics" personajları əsasında çəkilmişdir və baş rol olan Cokeri Xoakin Feniks canlandırır. Film Cokerin mənşəyindən bəhs edir və filmdəki hadisələr 1981-ci ildə cərəyan edir. Film Cokeri cinayətkarlıq həyatına girən və Qotem-Siti şəhərini xaosa sürükləyən uğursuz bir stend-ap komiki olaraq təsvir edir. Köməkçi rollarda Robert de Niro, Zazi Bits, Frensis Konroy, Brett Kallen, Qlenn Fleşler, Bill Kemp, Şi Uiqhem və Mark Meron var. "Coker" filmi "DC Films", Village Roadshow Pictures", "Bron Creative" və "Joint Effort" tərəfindən istehsal olunmuşdur. Filmin distribütori "Warner Bros. Pictures" şirkətidir.
"Coker" filmini çəkmək ideyası Fillipsə ilk dəfə 2016-cı ildə gəlmişdir. O, filmin ssenarisini 2017-ci ildə Silver ilə birlikdə yazmışdır. Cütlük Martin Skorsezenin 1970-ci illərdə çəkdiyi filmlərdən və onun personaj tədqiqlərindən ilham almışdır. Skorseze özü ilk vaxtlarda filmin prodüserliyini etmişdir. Filmin məzmunu "Batman: The Killing Joke" (1988) qrafik romanına əsaslanmışdır, ancaq Fillips və Silver ilham mənbəyi üçün müəyyən bir komiksə baxmamışdır. Feniks filmə 2018-ci ilin fevral ayında qoşulmuş, həmin ilin iyul ayında rolu canlandırmaq hüququna malik olmuşdur. Filmin aktyor heyətinin əksəriyyəti filmə həmin ilin avqust ayında qoşulmuşdur. İlkin çəkilişlər 2018-ci ilin sentyabr ayından dekabr ayına qədər davam etmiş və Nyu-York, Cersi-Siti və Nyuark şəhərlərində gerçəkləşmişdir. "Coker" ilk bədii Betmen filmidir ki, Amerika Kinokompaniya Assoasiyası (AKA) tərəfindən "R" reytinqi alsın.
"Coker" filminin premyerası 31 avqust 2019-cu ildə Venesiya Beynəlxalq Film Festivalında keçirilmişdir. Film festivalın ən əhəmiyyətli mükafatı olan "Qızıl Şir" mükafatına layiq görülmüşdür. Filmin Azərbaycandakı premyerası 3 oktyabr, ABŞ-dakı premyerası isə 4 oktyabr 2019-cu ildə gerçəkləşmişdir. Film tənqidçilər arasında müzakirələrə səbəb olmuşdur. Feniksin ifası geniş şəkildə təriflənmişdir, ancaq filmin qaranlıq tonu, zehni xəstəlikləri və şiddəti necə təsvir etməsi qarışıq reaksiyalara səbəb olmuşdur. "Coker" filmi gerçək həyatda zorakılığa ilham mənbəyi kimi fəaliyyət göstərilməsi ehtimalı ictimaiyyətdə narahatlılıq yaratmışdır.
<ref>
teqi; DCStrategy
adlı istinad üçün mətn göstərilməyib