Con Kits | |
---|---|
John Keats | |
| |
Doğum tarixi | 31 oktyabr 1795[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 1821[1][2][…] (25 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | romantizm |
Vikianbarda əlaqəli mediafayllar |
Con Kits (31 oktyabr 1795[1][2][…], , London, Birləşmiş Krallıq və ya London[3] – 23 fevral 1821[1][2][…], Roma[4]) — romantizmin nümayəndəsi, ingilis şair. Şeirləri 25 yaşında vərəmdən vəfat etməzdən 4 il öncə çap olunmağa başlayan və romantik şairlərin ikinci nəslinin ən simalarından biri hesab olunan Kitsin adı Corc Bayron və Persi Biş Şelli kimi şairlərlə yanaşı çəkilir.[5]
Yaşadığı müddət ərzində şeirləri əksər tənqidçilər tərəfindən müsbət qarşılanmasa da, ölümündən sonra şöhrəti artmış[6] və 19-cu əsrin sonuna qədər ən sevilən ingilis şairlərindən birinə çevrilmişdir. O, eyni zamanda, bir çox şair və yazıçıya güclü təsir göstərmişdir. Xorxe Luis Borxes ilk dəfə Con Kitsin yaradıcığı ilə tanışlığın həyatı boyu yaşadığı ən möhtəşəm təcrübə olduğunu qeyd etmişdi.[7]
Kitsin şeirləri, xüsusilə də odaları "hissiyyatla ağır yüklənmiş" üslubu ilə xarakterizə olunur. Bu, romantik şairlərin yaradıcılığına xas idi; belə ki, onlar təbii təsvirləri bədii şəkildə vurğulayaraq duyğuları ön plana çıxarmağı qarşılarına məqsəd qoyurdular. Bu gün onun şeirləri və məktubları ingilis ədəbiyyatının ən məşhur və ən çox araşdırılan ədəbi nümunələrindən sayılır. Şairin ən çox bəyənilən şeirlərinə Bülbülə oda, Yuxu və poeziya və məşhur soneti Çapmenin Homerinə ilk baxış haqda daxildir.