Con Konstebl | |
---|---|
ing. John Constable | |
Doğum tarixi | |
Doğum yeri | İst-Berqhoult, İngiltərə |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | London, İngiltərə |
Vətəndaşlığı | Fransa |
Fəaliyyəti | rəssam, memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı, incəsənət xadimi |
Janrlar | peyzaj[1][2], məişət janrı[2], Marina[2], portret[2], dini incəsənət[d][2], natürmort[2] |
Stillər | realizm, romantizm[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Con Konstebl (ing. John Constable; 11 iyun 1776, İst-Berqhoult, Saffolk – 31 mart 1837, London) — ingilis rəssamı-romantik. Ona məşhurluğu doğulduğu Saffolk əyalətinin mənzərələrini təsvir etdiyi pezajlar gətirmişdir. Onun rəsmlərini Konsteblin torpağı (Constable Country) adlanan Dedhem Veyl məşhurlaşdırmışdır. Dostu Con Fişerə 1821-ci ilə aid olunan məktubunda Konstebl yazırdı:
Mən bundan sonra doğma yerləri çəkməliyəm. Rəssamlıq – hisslərin ifadəsi kimi başqa bir şeydir.... |
Onun məşhur işləri arasında "Dedham Vale" (1802) və "The Hay Wain" (1821) rəsmləridir. Halhazırki dövrdə Konsteblin işləri yüksək qiymətləndirilir və kolleksionerlər arasında çox məşhurdur. Lakin rəssam öz həyatıbda heç bir maliyyə uğuru əldə edə bilməmişdir. O, yalnız 52 yaşında Kral rəssamlıq Akademiyasının üzvü olmuşdur. Konsteblin öz rəsmlərinin əksəriyyətini vətəni İngiltərədən daha çox Fransada sata bilmişdir.