Con Lundvik

Con Lundvik
ing. John Lundvik
Con Lundvik 2019-cu ildə
Con Lundvik 2019-cu ildə
Ümumi məlumatlar
Doğum adı Con Hassim Lundvik
ing. John Hassim Lundvik
Doğum tarixi (42 yaş)
Doğum yeri London, İngiltərə
Vətəndaşlığı  İsveç
 Böyük Britaniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, qısa məsafə qaçışçısı
Fəaliyyət illəri 2010–h.h.
Janr
Musiqi aləti vokal
johnlundvik.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Lundvik (ing. John Lundvik; d. 27 yanvar 1983, London, İngiltərə) — İsveç müğənnisi, bəstəkar və keçmiş qısa məsafə qaçışçısı. O, IFK Vekşö atletika komandasının üzvü olmuşdur. Peşəkar müğənni və bəstəkar olan Lundvik müxtəlif filmlər üçün mahnılar bəstələmişdir. İsveç şahzadəsi Viktoriya və Daniyel Vestlinqin toy mərasimində məhz onun bəstələdiyi mahnı səsləndirilmişdir.

2018-ci ildə o, "My Turn" mahnısı ilə İsveçin nüfuzlu Melodifestivalen mahnı yarışmasında iştirak etmiş və üçüncü yerdə qərarlaşmışdır. 2019-cu ildə Con "Too Late for Love" mahnısı ilə Melodifestivalendə qələbə qazanaraq İsveçi İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir.[1]

  1. "John Lundvik wins Melodifestivalen 2019". 9 mart 2019. 2019-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne