Con Qey | |
---|---|
ing. John Gay | |
![]() | |
Doğum tarixi | 30 iyun 1685[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 4 dekabr 1732[1][2][…] (47 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair, dramaturq, yazıçı, librettoçu |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | poeziya |
![]() | |
![]() |
Con Qey (30 iyun 1685[1][2][…], Barnstapl[d], Devon qraflığı – 4 dekabr 1732[1][2][…], London[3]) – ingilis şair və dramaturq.
"Şərab" şeiri ("Wine", 1708), "Kəndin asudə vaxtları" komik poeması ("Rural sports", 1713) ilk bədii yaradıcılıq nümunələrindəndir. Edmund Spenserin "Çobanın təqvimi" əsərinə parodiya olan "Çoban həftəsi" ("The shepherd’s week", 1714) istehzalı pastoral silsiləsi uğur qazanıb. Bu əsərin mövzusu Conatan Svift tərəfindən təlqin edilib. Ballada-operanın yeni janrında yaradılmış və parodiyanı sosial satiraya qovuşduran "Dilənçilər operası" ("The beggar’s opera", 1728) ona daha çox şöhrət gətirmişdir.
"Polli" ballada operası ("Polly", 1729) həmin əsərin davamı sayıla bilər. Bu əsərlərin motivləri əsasında Bertolt Brext "Üçqəpiklik opera"sını yaratmışdır. Conatan Sviftə nəzirə olaraq yazılan "Triviya, yaxud London küçələrində gəzişmə sənəti" ("Trivia, or The art of walking the streets of London", 1716) komik poemasının, Georq Fridrix Hendelin "Azis və Qalateya" ("Acis and Galatea", 1718) oratoriyasının librettosunun müəllifidir.
Şair daha çox təmsilləri ilə də məşhurdur.