Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Corc Soros | |
---|---|
ing. George Soros | |
Şəxsi məlumatlar | |
Doğum adı | Schwartz György |
Doğum tarixi | 12 avqust 1930[1][2][…] (94 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | investor, filosof, yazıçı, iqtisadçı, maliyyəçi, bankir[d], treyder, sahibkar, biznes maqnatı, xeyriyyəçi |
Dini | ateizm |
georgesoros.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Soros (12 avqust 1930[1][2][…], Budapeşt[3]) — Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur.
"Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir.
Nüfuzlu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C. Sorosun sərvəti 29 milyard $ məbləğində qiymətləndirilir. Tanınmış filantrop 1979-cu ildən indiyə qədər xeyriyyə işlərinə 6 milyard dollar xərcləyib.
Hal-hazırda o, "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin, o, ABŞ-nin Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C. Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.