Danimarkada islam — ölkədəki dinlərdən biridir.[1] ABŞ Dövlət Departamentinin məlumatına görə, Danimarka əhalisinin təxminən 3,7%-ni müsəlmanlar təşkil edir. Digər mənbələr, o cümlədən Danimarka Xarici İşlər Nazirliyi, daha aşağı rəqəmlər verir.[2][3][4]. BBC-nin məlumatına görə, Danimarkada təxminən 270.000 müsəlman yaşayır[5]. 1970-ci illərdə Türkiyə, Pakistan, Mərakeş və keçmiş Yuqoslaviyadan insanlar iş dalınca Danimarkaya gəlirdilər. 1980–90-cı illərdə müsəlmanların əksəriyyəti İran, İraq, Somali və Bosniyadan olan qaçqınlar idi. Danimarkadakı müsəlmanlar arasında etnik danimarkalılar da var. Mütəxəssislərin fikrincə, Danimarkada 2800-ə yaxın müsəlman yaşayır və bu rəqəm hər il təxminən 70 nəfər artır[6]. Müqayisə üçün qeyd edək ki, 2000–2004-cü illər arasında 300-dən çox danimarkalı islam dinini buraxaraq xristianlığı qəbul edib[7].