Dante Qabriel Rossetti | |
---|---|
ing. Dante Gabriel Rossetti | |
| |
Doğum adı | Dante Qabriel Rossetti |
Doğum tarixi | |
Doğum yeri | London |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Berçinqton on Si |
Vəfat səbəbi | Nefrit (xəstəlik) |
Dəfn yeri | |
Milliyyəti | italyan mənşəli britaniyalı |
Vətəndaşlığı | Böyük Britaniya |
Fəaliyyəti | şair, illüstrasiyaçı[d], rəssam, tərcüməçi, yazıçı, incəsənət xadimi |
Təhsili | Kral İncəsənət Akademiyası |
Janrlar | portret, dini rəssamlıq[d][1] |
Stillər | simvolizm[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Dante Qabriel Rossetti (ing. Dante Gabriel Rossetti, d. 12 may 1828 – ö. 9 aprel 1882) — italyan əsilli ingilis şairi, tərcüməçisi, illustrator və rəssamı. O, Uilyam Holman Hant və Con Everett Mille ilə birgə prerafaelitlər cərəyanının əsasını qoymuş, sonradan cərəyanın əsas fiquru kimi, bu cərəyanın təsiri ilə yaradan Uilyam Morris və Edvard Börn-Cons kimi sənətkarların yaradıcılığına ciddi təsir göstərmişdir. Onun yaradıcılığı həmçinin Avropa simvolistləri və estetiklərinin yaradıcılığına da təsir göstərmişdir.
Romantiklik və orta əsr intibahının xüsusiyyətləri Rossetti yaradıcılığına özünəməxsus keyfiyyət qazandırmışdır. Poeziyasının erkən dövründə, Con Kitsdən təsirlənmişdir. Poeziyasının sonrakı dövrü üçün hisslər və düşüncələrin qarşılıqlı əlaqələri xaraketrikdir ki, bunu da şairin "Həyat evi" (ing. The House of Life) sonetində görmək mümkündür. Rossettinin yaradıcılığında poeziya və təsvir bir-biri ilə əlaqəli şəkildə inkişaf edir; o tez-tez, rəsmlərini müşayət etmək üçün sonetlər yazır, həmçinin bacısı Kristina Rossettinin "Qoblin Market" poemasında olduğu kimi, əsərləri təsvir edən illüstrasiyalar çəkirdi.
Rossettinin şəxsi həyatı da yaradıcılığı ilə bağlı olmuş, modelləri və muzaları Elizabet Siddal, Fanni Kornfort və Ceyn Byordenlə münasibət qurmuşdur.