Dataverse | |
---|---|
Tipi | Açıq mənbəli proqram təminatı, Repozitoriya, verilənlər kitabxanası[d] |
Repozitoriya | github.com/IQSS/dataverse |
Proqramlaşdırma dili | Java |
Yayımlanma tarixi | 2006 |
Sonuncu versiya |
|
Sayt | dataverse.org |
Dataverse — tədqiqat məlumatlarını paylaşmaq, qorumaq, istinad etmək, araşdırmaq və təhlil etmək üçün açıq mənbəli veb tətbiq.[2][3] Tədqiqatçılar, data müəllifləri, nəşriyyatçılar, məlumat distribyutorları və əlaqəli qurumların hamısı davamlı identifikator (məsələn, DOI və ya tanıdıcı) ilə məlumat istinadı vasitəsilə müvafiq istinad alır.
Dataverse repozitoriyası çoxlu dataverselərə ev sahibliyi edir. Hər bir dataverse-də verilənlər yığın(lar)ı və ya digər dataverselər var və hər bir dataverse təsviri metadata və data fayllarını (verilənləri müşayiət edən sənədlər və kodlar daxil olmaqla) ehtiva edir.
2019-cu ildə Dataverse universitet və ali təhsil üçün "Duke's Choice Award" mükafatını qazandı.[4]