Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
XBT-10 təsnifatı | ||
---|---|---|
Q90.0 | Trisomiya 21, meyotik ayrılmama | |
Q90.1 | Trisomiya 21, mozaika (mitotik ayrılmama) | |
Q90.2 | Trisomiya 21, translokasiya (yerdəyişmə) | |
Q90.9 | Daun sindromu, dəqiq tərifsiz | |
O35.1 | Döldə xromosom anomaliyasından şübhələndikdə anaya tibbi qayğı | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Daun sindromu (yaxud Trisomiya 21) — 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan sindrom. Ümumiyyətlə fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi və xarakterik üz xüsusiyyətləri ilə ortaya çıxır[1]. Daun sindromlu bir yetkin gəncin orta intellekt əmsalı 50-dir, lakin bu göstərici fərqli də ola bilər[2]. Sindroma səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyinə inanılır, çünki bu ehtimalı yüksəldəcək məlum olan ətraf mühit faktoru yoxdur[3].