Deep Blue

Deep Blue
İstehsalçı IBM
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Deep BlueIBM tərəfindən şahmat oyunu üzrə ekspert olmaq üçün xüsusi hazırlanmış superkompüter.

Bu, şahmat üzrə dünya çempionu ilə oyunda və matçda qalib gələn ilk kompüter idi. İnkişafı 1985-ci ildə Karnegi Mellon Universitetində "ChipTest" adı altında başlamışdı. Daha sonra İBM-ə təhvil verildi. Burada əvvəlcə "Deep Thought", 1989-cu ildə isə "Deep Blue" olaraq adlandırıldı. Dünya çempionu Harri Kasparovla ilk dəfə 1996-cı ildə 6 oyunluq bir matçda üz-üzə gəldi və 4:2 hesabı ilə məğlub oldu. 1997-ci ilə qədər təkmilləşdirildi və 11 may 1997-ci ildə Kasparovla keçirilən 6 oyunluq matçdan ikisini udmaqla və üçünü heç-heçə etməklə ümumilikdə 3,5–2,5 hesabı ilə qələbə qazandı. Deep Bluenun bu qələbəsi süni intellekt tarixində əlamətdar hadisə hesab olunur, bu, həmçinin bir neçə kitab və filmin mövzusu olmuşdur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne