Delta Air Lines | ||||
---|---|---|---|---|
|
||||
Təsis olunub | 2 mart 1925[1][2] | |||
Mərkəz hava limanı | Con Kennedi adına hava limanı | |||
Qərargahı | ||||
Əməliyyat mənfəəti |
|
|||
Gəlir |
|
|||
Xalis mənfəət |
|
|||
Ümumi aktivlər |
|
|||
Ümumi kapital |
|
|||
Saytı |
delta.com zh.delta.com de.delta.com fr.delta.com it.delta.com ja.delta.com es.delta.com pt.delta.com |
|||
Vikianbarda əlaqəli mediafayllar |
Delta Air Lines (Azərbaycan dilində: Delta Hava Yolları) və ya sadəcə Delta (NYSE: DAL) ABŞ-nin Corciya ştatının Atlanta şəhərində mərkəzi yerləşən aviakompaniyadır. Ölkənin ən böyük hava yolu şirkətlərindən biri olan Delta Atlanta Beynəlxalq Hava Limanı başda olmaqla, 3-ü xaricdə olmaqla cəmi 13 istiqamətdən, 2015-ci ilin mart ayına olan məlumata görə isə 59 ölkədə 326 fərqli istiqamətə uçuşlar həyata keçirir.[7]
Delta SkyTeam hava yolları alyansının 4 qurucu üzvündən biri hesab olunur. Delta aviakompaniyasının həmçinin Air France-KLM, Alitalia, Virgin Atlantic və Virgin Australia ilə müştərək fəaliyyətləri mövcuddur. Regional əməliyyatlarını isə Delta Connection brendi adı altında həyata keçirir.
2014-cü ildəki statistik məlumatlara əsasən Delta; daşınmış planlı sərnişinlərin sayı əsas götürüldüyü zaman, o, daşıdığı 129,4 milyon sərnişini ilə bu sahədə dünyanın ən böyük şirkətinə çevrilir [8] ; Uçuş üzrə hər kilometr başına düşən sərnişin gəlirinə görə isə yenə də o, əldə etdiyi 290,8 milyard ABŞ dolları gəliri ilə birinci yerə çıxmışdır [9] .