Demaqogiya (q.yun. δημαγωγία — xalqın liderliyi) — məntiqi səhvlərə əsaslanan yanlış nəzəri mülahizələrin köməyi ilə auditoriyanı (xalqı) çaşdırmağa və onları öz tərəfinə çəkməyə imkan verən natiqlik və polemik üsullar və vasitələrin məcmusu.
Demaqogiya daha çox siyasi məqsədlərə çatmaq üçün, reklam və təbliğatda istifadə olunur[1].